Pınar Altuğ və Yağmur Atacanın 17 İllik Sevgi Hekayəsi
"Çocuklar Duymasın" serialındakı "Meltem" obrazı ilə geniş kütlələr tərəfindən tanınan aktrisa Pınar Altuğ, özündən 9 yaş kiçik həmkarı Yağmur Atacan ilə 17 il əvvəl xoşbəxt bir ailə həyatı qurmuş və bu məhəbbət birliyindən qızları Su dünyaya gəlmişdi.
Evləndikləri gündən bu yana cütlük arasındakı yaş fərqi daim ictimaiyyətin diqqət mərkəzində olsa da, Pınar Altuğ tənqidlərə məhəl qoymur, öz xoşbəxtliyini və ailə birliyini hər şeydən üstün tutur.
Aktrisadan "Cəsarətimin Ən Böyük Sübutu" İfadəsi
Aktrisa bu yaxınlarda qatıldığı bir proqramda yaş fərqi ilə bağlı yaranan müzakirələrə toxunaraq bildirib: "Yağmur Atacan ilə 17 illik xoşbəxt evliliyimiz var. Əgər gördüyün işdən əminsənsə və vicdanın rahatdırsa, heç kimə hesabat vermək məcburiyyətində deyilsən. Həyatımın ən böyük cəsarət nümunəsi yoldaşımla birlikdə olmaq idi. Əgər xalqa qalsaydı, biz çoxdan ayrılmışdıq."
Altuğun Yubileyi və Həyat Yoldaşından Duyğulu Təbrik
Bu gün Pınar Altuğ 50 yaşını qeyd edir. Həyat yoldaşı Yağmur Atacan da bu özəl günü sosial media hesabından paylaşdığı təsiredici mesajla təbrik edib.
Həyat yoldaşının fotosunu paylaşan Atacan, Altuğa ünvanladığı təbrikdə deyib: "Ailəmizin işıqlı qadını, hər il gözəlliyi təsdiqlənir, hər keçən il karyerası zirvələrə qalxır. Uğurun təsadüf olmadığını, paylaşmağın fəzilət olduğunu bilən qadın. Yaxşı ki doğulmusan, yaxşı ki varsan, sən təkcə ailəmizin deyil, ölkəmizin də şanslarından birisən! 51 yaş heç bu qədər gözəl durmuşdumu başqa birində?"
Oxucu Şərhləri
Şərh Yaz