UNİKAL YAPIŞIQ ƏKİZLƏRİN ANALIQ SIRRI
1990-cı ildə dünyaya gələn Abby və Brittany, tibb tarixində qeydə alınmış ən nadir hallardan biri – dicefalik, yəni iki başlı yapışıq əkizlərdir. Onlar iki ayrı başa, iki ürəyə və iki ağciyərə sahib olsalar da, beldən aşağı tək bir bədəni, dolayısı ilə ortaq bir reproduktiv sistemi paylaşırlar.
AVTOMOBİL DAYANACAĞINDA KÖRƏPƏ SÜRPRİZİ
Doğuşlarında həkimlər onların gecəni çıxarmayacağını söyləsə də, bütün ehtimalların əksinə gedərək 35 yaşına qədər yaşayıblar. Ötən həftə əkizlər Minnesota ştatında bir avtomobil dayanacağında uşaq oturacağı ilə gəzərkən görüntüləniblər. Daha sonra onların uşaq oturacağını "Tesla" markalı avtomobilin arxa oturacağına yerləşdirdikləri müşahidə olunub. Bu görüntülər sosial şəbəkələrdə "Həqiqətən analıq hissini yaşadılar?" suallarını alovlandırıb.
"EVLİ VƏ KÖRƏPƏ YOLDADIR" YAZISI GÖRÜLMÜŞDÜ
Əslində bu şayiələrin əsası bir neçə ay əvvəl qoyulmuşdu. 2024-cü ilin noyabrında paylaşılan bir "TikTok" videosunda başlıqlar arasında "Evli və körpə yoldadır" ifadəsi də yer almışdı. Abby-nin 2021-ci ildə ABŞ ordusunun veteranı Coşua Boulirlə evləndiyi üzə çıxmışdı. Bu evliliklə birlikdə Abby, ərinin ilk evliliyindən olan qızına da ögey ana olmuşdu.
ONLAR NECƏ ANA OLA BİLƏRLƏR?
Əkizlərin eyni reproduktiv orqanları paylaşdığı məlumdur. Bu səbəbdən nəzəri cəhətdən normal yolla hamilə qalmaları mümkündür. Lakin tibbi cəhətdən belə bir hamiləliyin necə irəliləyəcəyi hələ də sirrini qoruyur. Bəzi mütəxəssislər, körpənin surroqat ana vasitəsilə və ya övladlığa götürmə yolu ilə ailəyə qatılmış ola biləcəyini də irəli sürürlər.
"ANA OLACAĞIQ" VƏDİ
Gənc yaşlarından bəri analıq arzularını gizlətməyən əkizlərdən Abby, əvvəlki müsahibələrində bu sözləri demişdi:
"Bir gün mütləq ana olacağıq, amma bunun necə olacağını danışmaq istəmirik."
TİBB DÜNYASINDA BİR İLK OLA BİLƏR
Tibb tarixində çox az sayda yapışıq əkizlərin ana ola bildiyi məlumdur. Əgər Abby və Brittany həqiqətən də körpə sahibi oldularsa, bu, tibb tarixinə düşəcək bir ilk olacaq.
Oxucu Şərhləri
Şərh Yaz