Gündəm 21.08.2025

Yaşayan Nostradamus Antarktika sirrini çözdü

Yaşayan Nostradamus Antarktika sirrini çözdü

Qütbün Sirri: Antarktikada Gözlənilməz Kəşf

Buzla örtülü qitə Antarktikada aparılan heyrətamiz bir elmi təcrübə, Yer kürəsinin ən səssiz və tərk edilmiş nöqtələrindən birində qeyri-adi bir kəşfə səhnə olub.

Penn State Universitetinin tədqiqatçıları, NASA-nın ANITA (Antarctic Impulsive Transient Antenna) layihəsi çərçivəsində yüksək hündürlüklərə buraxılan şarlara quraşdırılmış xüsusi detektorlarla kainatın dərinliklərindən gələn kosmik siqnalları analiz etməyi hədəfləyiblər.

Müşahidələrə əsasən, yerin altından yüksələrək buz təbəqəsini və Yer kürəsinin daxili qatlarını deşib keçən radio dalğaları aşkarlanıb.

Mövcud fizika qanunlarına görə qeyri-mümkün görünən bu hadisə, ya cihazdakı bir nasazlığa, ya da ölçmə səhvinə bağlanıb. Lakin bütün elm adamları bu izahdan tamamilə razı qalmayıblar.

“Yaşayan Nostradamus”dan Şok İddialar

Cəmiyyətdə “Yaşayan Nostradamus” kimi tanınan və pandemiya, Microsoft-un qlobal kəsintisi, Kraliça II Elizabetin ölümü kimi hadisələri öncədən təxmin etməsi ilə məşhurlaşan braziliyalı kahin Athos Salome, bu hadisəyə dair şərh verib.

Salome, bu siqnalların daha böyük bir gerçəkliyin əlaməti ola biləcəyini iddia edir. Onun sözlərinə görə, bu müşahidə, reallığın sandığımız qədər vahid olmadığının ilk göstəricisi, hətta paralel kainatların mövcudluğuna dair bir işarə ola bilər.

Yeni Təcrübənin Gələcəyi: Fizikada İnqilab?

2025-ci ilin dekabrında səmaya buraxılması planlaşdırılan PUEO adlı yeni şar, ANITA-dan beş dəfə daha həssas olacaq. Əgər eyni radio dalğaları yenidən qeydə alınarsa, bu, bir ölçmə səhvi deyil, mövcud fizika qanunlarında bilinməyən bir “çat” olduğunu göstərə bilər.

Salome bu barədə belə deyib: “Bu təsdiqlənərsə, söhbət elmi fantastikadan deyil, yeni bir fizikanın başlanğıcından gedəcək.” O, 2030-cu ilə qədər bu kəşfin Nobel mükafatı ilə təltif olunmasının qaçılmaz olacağını bildirib.

Elm adamlarının əlindəki məlumatlar heyrətamizdir. Radio dalğaları normalda neytrino mənbəli ola bilməyəcək qədər dik bucaqlardan – buz səthinin 30 dərəcə altından gəlir. Həmçinin, bu dalğaların minlərlə kilometrlik qaya və buz qatını aşaraq şarlara çatması mümkün görünmür.

Bu səbəbdən tədqiqatçılar, siqnalların ya hələ kəşf edilməmiş hissəciklərdən, ya da qaranlıq maddə ilə əlaqəli bilinməyən qarşılıqlı təsirlərdən qaynaqlandığını düşünürlər. Daha iddialı bir nəzəriyyə isə, siqnalların təbii mənşəli olmaya biləcəyini, insan tərəfindən hazırlanmamış bir texnologiyanın məhsulu ola biləcəyini irəli sürür.

Salome də bu ehtimala diqqət çəkərək deyib: “Əgər bu yadplanetlilərə aid bir texnologiyanın izidirsə, insanlıq tarixinin ən böyük kəşfi ilə üz-üzəyik. Bu, kainatla deyil, kimlərin bizimlə birlikdə yaşadığı ilə bağlı bir inqilab olar.”

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz