Gündəm 19.07.2025

Yekaterinburqda Azərbaycan diaspor rəhbərinə cinayət işi

Yekaterinburqda Azərbaycan diaspor rəhbərinə cinayət işi

Yekaterinburqda Şahin Şıxlinski barəsində cinayət işi başlanılıb

Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində cinayət işi açılıb, oğlu isə saxlanılıb. Şıxlinski Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə, yəni hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur.

Məlumatda qeyd olunur ki, Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski Rusiya İstintaq Komitəsində dindirilib. Ondan iyulun 1-də atasının saxlanılması zamanı baş vermiş insidentlə bağlı izahat alınıb. Həmin gün Şıxlinski Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış, ifadə verdikdən sonra sərbəst buraxılmışdı. Mutvalı Şıxlinski isə atası saxlanılan zaman idarə etdiyi avtomobillə hüquq-mühafizə orqanı əməkdaşlarından birini vurmuşdu.

Rusiyada Azərbaycan diasporu üzvlərinin həbs müddəti uzadıldı

Yekaterinburqdan daxil olan digər məlumata görə, iyunun 27-də saxlanılmış etnik azərbaycanlıların həbs müddəti uzadılıb. 2001, 2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Məzahir, Ayaz, Akif, Bakir və Kamal Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abbasov barəsində həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz