Yunan mediası İsrail və Cənubi Kipr ilə qurduğu müdafiə əməkdaşlığını “Türkiyəyə qarşı ortaq cəbhə” kimi təqdim edən diqqətçəkən bir təhlil dərc edib. ABŞ-ın FDD analitik mərkəzinin hesabatına əsaslanan xəbərdə, regiondakı güc balanslarının Ankaranın addımları səbəbindən yenidən formalaşdığı iddia olunur.
Ankaranın Artan Təsiri: Regional Gücün Yenidən Formaşıması
Afina mərkəzli Sigma Live-ın təqdim etdiyi hesabata görə, Afina ilə Təl-Əviv arasında sürətlənən müdafiə əməkdaşlığı, böyük ölçüdə Ankaranın regional gücünün “həlledici və istiqamətverici” hala gəlməsindən qaynaqlanıb. Xəbərdə, Türkiyənin xüsusilə son on ildə müdafiə sənayesində atdığı yerli və milli addımlarla regionun ən böyük çəkindirici qüvvələrindən birinə çevrildiyi vurğulanır.
Strateji Narahatlıq və Silahlanma Proqramları
Silahlı pilotsuz uçuş aparatlarından (PUA) pilotsuz dəniz vasitələrinə, uzun mənzilli sursatdan milli radar və hava hücumundan müdafiə layihələrinə qədər Türkiyənin inkişaf etdirdiyi sistemlərin Afinada ciddi strateji narahatlıq yaratdığı qəbul edilir. "Bu mənzərə, Afina-Təl-Əviv xəttində 'Türkiyənin təsirini tarazlamaq' məqsədilə daha sıx bir müdafiə əməkdaşlığına qapı açdı" ifadələri istifadə olunur.
"FDD hesabatı, Egey dənizində baş verən son hadisələri də Afinadan Ankaranın qarşısındakı zəifliyini göstərən nümunələr kimi sıralayır." Xəbərdə türk balıqçı qayıqları ilə yaşanan gərginlikdə Yunanıstan sahil mühafizəsinin atəş açması, Türk F-16-larının Afina FIR zonasına daxil olduğu iddiaları və Yunanıstanın hava məkanı ilə bağlı mübahisələr Afina tərəfindən “gərginliyi artıran” addımlar kimi təqdim edilib. Lakin bu gərginliyin əsas səbəbinin Türkiyənin sahədə və masada artan nüfuzu olduğuna işarə edilir.
Nəhəng Silahlanma və Gözlənilməz Güc
Yunanıstanın 2025–2035-ci illəri əhatə edən 27 milyard avroluq nəhəng silahlanma proqramı da xəbərdə diqqət çəkib. "İsraildən PULS raket sistemlərinin alınması danışıqları, 'Axilles Qalxanı' adlı çoxqatlı hava hücumundan müdafiə sisteminə İsrail texnologiyasının inteqrasiyası və Heron, Orbiter-3, SPIKE NLOS kimi sistemlərin aktiv şəkildə istifadəsi bu çərçivədə qiymətləndirilir." Buna qarşılıq, Türkiyənin F-35 proqramından çıxarılmasına baxmayaraq, müdafiə sahəsində yerlilləşmə addımları ilə regionun ən dinamik və gözlənilməz hərbi qüvvəsinə çevrildiyinə də eyham vurulub.
"3+1 Planı" və ABŞ-ın Regional Rolu
ABŞ-ın regiondakı roluna dair təhlillər də xəbərdə geniş yer alıb. Vaşinqtonun Yunanıstandakı hərbi mövcudluğunu artırmasının yalnız Rusiyaya qarşı deyil, uzunmüddətli perspektivdə Türkiyənin regionda qurduğu təsirli arxitekturanı tarazlamaq məqsədi daşıdığı irəli sürülüb. Xəbərdə 3+1 planında (ABŞ–Yunanıstan–İsrail–Cənubi Kipr) irəliləyən diplomatik mexanizmlərin enerji təhlükəsizliyi, Şərqi Aralıq dənizindəki təbii qaz xətləri və Ukraynaya LNG tədarükündə Yunanıstanın bir "tranzit nöqtəsi" kimi rolunun genişlənməsinə səbəb olduğu qeyd edilib. Mütəxəssislərə görə, bütün bu siyasi və hərbi təşəbbüslərə baxmayaraq, regionun əsl həlledicisinin Türkiyə olduğuna dair gizli bir etiraf diqqət çəkir.
Qarşıdurma Cəhdləri və Türkiyənin Mərkəzi Rolu
Son olaraq, Afina–İsrail–Cənubi Kipr üçlüyünün ortaq müdafiə xətti qurmaq cəhdinin əslində Ankaranın Şərqi Aralıq dənizindəki üstün mövqeyi qarşısında "fəaliyyət sahəsini məhdudlaşdırma" cəhdi olduğu ifadə edilib. Müdafiə modernizasiyası, enerji siyasəti, "Mavi Vətən" doktrinası, diplomatik təşəbbüslər və sahədəki effektivliyi ilə Türkiyənin regionun bütün hərəkətliliyini formalaşdıran mərkəzi aktor olmağa davam etdiyi də vurğulanıb.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz