Fırlanma İstiqamətindəki Dəyişikliklər və Zəlzələlər
Bu əhəmiyyətli dəyişiklik müxtəlif dalğa növü tipləri və zəlzələlər vasitəsilə təsdiqlənib. Xüsusilə, təxminən eyni ərazidə baş verən və təkrarlanan seysmik hadisələrin nüvənin hərəkətlərini və seysmik dalğa şəkillərindəki dəyişiklikləri əks etdirdiyi bildirilir. Aparılan təhlillər üçün 1991-2023-cü illər ərzində Cənubi Sendviç Adaları ətrafında qeydə alınan 121 zəlzələ ölçülüb. Bu qiymətləndirmələr nəticəsində əks istiqamətə fırlanmanın 2008-ci ildə başladığı müəyyən edilib. Türkiyədə 1999-cu ildən sonra baş verən zəlzələlərin də bu fırlanma dəyişiklikləri ilə əlaqəli olduğu güman edilir.
"Super Fırlanma"dan "Geri Vites"ə: Yavaşlama Sirri
2003-2008-ci illər arasında daxili nüvə şərqə doğru "super fırlanma" adlandırılan sürətli bir hərəkət nümayiş etdirib. Daha sonra bunu qərbə doğru "subfırlanma" və ya yavaş fırlanma izləyib. Lakin bu dəfəki qərbə doğru hərəkət əvvəlkindən iki-üç dəfə daha yavaş olub. Məhz bu asimmetriya bir çox əvvəlki modelləri alt-üst edib. Əvvəlki fərziyyələr sinüs dalğası kimi müntəzəm rəqsləri nəzərdə tutsa da, hazırda baş verənləri daha mürəkkəb qüvvələrin müəyyən etdiyi məlum olub.
Yer Kürəsi Proseslərinin Qarşılıqlı Əlaqəsi
Manto, xarici nüvə və hətta Yer kürəsinin maqnit sahəsi belə həyatımızdakı dəyişikliklərdə mühüm rol oynayır. Tədqiqatçılar "Yer kürəsinin daxili dərinliklərindəki proseslər, səthdəki həyatımızla sıx bağlıdır" deyərək, son illərdə artan zəlzələlərin səbəbləri ilə bağlı müxtəlif fərziyyələr irəli sürüblər.
Oxucu Şərhləri
Şərh Yaz