Ukrayna Rusiya Nəşriyyatlarına Qarşı Sanksiyaları Genişləndirdi
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin milli təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra
Rusiya nəşriyyatlarına qarşı yeni sanksiyalar tətbiq edən fərman imzalayıb. Bu qərar, Moskvanın təbliğat şəbəkəsinin genişlənməsinin qarşısını almaq niyyətini əks etdirir.
Prezidentin rəsmi saytında dərc olunan sənədə əsasən, “Книжный мир” (Knijnıy Mir), “Вече” (Veçe), “Центрполиграф” (Tsentrpoliqraf), “Яуза” (Yauza) və “Питер” (Piter) kimi məşhur Rusiya nəşriyyatları sanksiya siyahısına daxil edilib.
Ukrayna Prezidenti Zelenski sosial şəbəkələrdəki açıqlamasında bu nəşriyyatların “təcavüzü əsaslandırmaq və dünya miqyasında Rusiya təbliğatını yaymaq” üçün fəaliyyət göstərdiyini vurğulayıb.
Qeyd edək ki, “Книжный мир” özünü “Rusiyanın ən böyük vətənpərvər nəşriyyatlarından biri” kimi təqdim edir və Ukraynadakı müharibəni dəstəkləyən Yuri Polyakov, Andrey Fursov, Eqor Xolmoqorov, Sergey Qlazyev kimi müəlliflərin əsərlərini çap edir. “Вече” əsasən hərbi-vətənpərvərlik ədəbiyyatı, “Центрполиграф” isə tarix kitabları da daxil olmaqla geniş çeşidli nəşrlər çap edən böyük bir nəşriyyatdır. “Яуza” nəşriyyatı Ukraynadakı müharibə haqqında pro-Rusiya mövqeyindən yazılmış kitabları çap etməsi ilə tanınır. “Питер” nəşriyyatının müəllifləri arasında isə Dmitri Puçkov (Qoblin), Klim Jukov və Armen Qasparyan kimi müharibə tərəfdarı publisistlər də yer alır.
Fiziki Şəxslərə Qarşı Əlavə Məhdudiyyətlər
Başqa bir fərmanla, Zelenski bir sıra fiziki şəxslərə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Bu siyahıya işğal altında olan ərazilərdəki Rusiya administrasiyalarının əməkdaşları və Ukrayna Konstitusiya Məhkəməsinin keçmiş sədri
Oleksandr Tupitski də daxildir. Həmçinin, ABŞ ilə danışıqlarda iştirak edən Rusiyanın xüsusi nümayəndəsi
Kirill Dmitriyevi də əhatə edir. Zelenski bildirib ki, Kiyev sanksiyaların daha da sərtləşdirilməsi ilə bağlı təkliflərini Qərb tərəfdaşlarına təqdim edib.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz