Ukraynanın Hava Hücumundan Müdafiə İmkanları Gücləndirilir
İtaliyanın paytaxtı Romada
Ukraynanın Yenidən Qurulması Konfransı çərçivəsində keçirilən tədbirlər zamanı
Zelenski mətbuat konfransı keçirib. O, "Könüllülər Koalisiyası" iclasına bir çox ölkə lideri və yüksək səviyyəli rəsmilərin qatıldığını bildirib. Danışıqlarda ölkəsinə qarşı davam edən Rusiya hücumlarının qarşısının alınması kimi mühüm məsələlər müzakirə edilib.
Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məsələsi də gündəmə gətirilib.
Zelenski qeyd edib ki, Almaniya və Norveç ABŞ-dan Kiyev üçün ümumilikdə 3 ədəd
Patriot sistemləri almağa hazırdır.
Donal Trampla Patriot Sistemləri Üzrə Müsahibə
Zelenski ABŞ-ın sabiq prezidenti Donal Trampla son telefon danışığının müsbət və məhsuldar olduğunu vurğulayıb. O, "Prezident Trampla
Patriot sistemləri ilə bağlı müsbət dialoqumuz var" deyərək, çox konstruktiv və səmərəli söhbətdən sonra yardımların bərpası üçün zəruri siyasi siqnalları aldıqlarını və hər şeyin vaxtında ölkəyə çatması üçün komanda səviyyəsində işlədiklərini əlavə edib.
Rusiyanın Müharibəni Uzatmaq Məqsədi və Sanksiyalar
Kiyev rəhbərinin sözlərinə görə,
Ukrayna və müttəfiqlərinin kəşfiyyat məlumatları
Rusiyanın bu müharibəni uzatmağa davam edəcəyini göstərir. Vladimir Putin əsl atəşkəs əldə etmək üçün bütün imkanları rədd edir və həqiqi sülh istəmir.
Zelenski Rusiyaya qarşı sanksiyaların artırılması çağırışını təkrarlayıb, ölkəsinin müdafiəsinin kifayət qədər güclü olmalı,
Rusiyaya qarşı sanksiyaların isə həqiqətən təsirli olması gərəkdiyini bildirib. O,
Rusiyanın gələn il müharibəyə 300 milyard dollar xərcləyə biləcəyini iddia edib.
Sülh Danışıqları və Yüksək Səviyyəli Görüşlər
Müharibənin başa çatması üçün ABŞ, Kiyev və
Rusiya arasında liderlər səviyyəsində görüşün keçirilməsinin zəruri olduğunu qeyd edən
Zelenski, Türkiyə, Avstriya, İsveçrə və Vatikanın bu cür görüşə ev sahibliyi etmək üçün təkliflər irəli sürdüyünü bildirib. O,
Rusiya ilə liderlər səviyyəsində danışıqların aparılması üçün əvvəlcə 2 iyun tarixində
İstanbulda keçirilmiş görüşlərdə əldə olunan razılaşmalar çərçivəsində bütün əsir mübadiləsi proseslərinin tamamlanmasının vacibliyini vurğulayıb. İstanbulda əldə olunan razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyini ümid etdiyini deyən
Zelenski, yalnız bundan sonra komandaların liderlər səviyyəsində görüşün hazırlıqlarını müzakirə edə biləcəyini əlavə edib.
Nazirlər Kabinetində Gözlənilən Dəyişikliklər
Ukraynanın müdafiə naziri Rüstəm Ümerovun ABŞ-a səfir təyin edilməsi ehtimalı ilə bağlı yayılan iddialar haqqında verilən suala
Zelenski belə cavab verib: "Əgər ölkənin Amerika Birləşmiş Ştatlarında təmsil olunmasına, yəni əsas səfirimizin Müdafiə naziri Rüstəm Ümerovun olmasına qərar versəm, bu, şübhəsiz ki, hökumətdə ciddi dəyişikliklərə səbəb olacaq ki, bu da başa düşüləndir."
Zelenski hazırkı
Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanın mütləq dəyişdirilməsi barədə qərar verildiyini də açıqlayıb.
24 saat