ABŞ-ın Türkiyədəki səfiri və ABŞ prezidenti Donald Trampın Xüsusi Nümayəndəsi Tom Barrack şəxsi sosial media hesabında YPG terror təşkilatı ilə əlaqəli SDQ (Suriya Demokratik Qüvvələri) qruplaşmasının lideri Məzlum Əbdi ilə çəkdirdiyi fotonu paylaşıb.
Lakin SDQ nümayəndə heyətləri ilə dəfələrlə görüşən Tom Barrack, bir diplomata yaraşmayan səhvə yol verib. Xüsusi Nümayəndə, Hatayı Suriya ərazisi kimi təqdim edən xəritənin fonunda separatçı SDQ nümayəndələri ilə birlikdə fotoşəkil çəkdirib.
SDQ-nin simvol olaraq istifadə etdiyi, sarı zəmin üzərində təsvir olunan xəritədə Suriya sərhədləri Hatay vilayəti də daxil olmaqla göstərilir. Tom Barrack bu xəritənin önündə poz verərək "vahid Suriya" mesajı ötürüb ki, bu da sərt reaksiyalara səbəb olub.
SURİYA ƏRAZİSİNDƏ ATƏŞKƏS ELAN OLUNDU
Bu gün isə Tom Barrack, Məzlum Əbdi və Suriya prezidenti Əhməd əl-Şaraa Dəməşqdə bir araya gələrək, SDQ və Suriya arasında davam edən münaqişələri müzakirə ediblər.
Rəqqə, Deyr əz-Zor, Tişrin və Hələbdəki Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində SDQ ilə yaşanan toqquşmalardan sonra qruplaşmanın nümayəndə heyəti Dəməşqə yollanıb.
Təxminən bir saat yarım davam edən danışıqların sonunda atəşkəs elan olunub. Suriyanın ümumilikdə tətbiq olunacaq qərara əsasən, Suriya Ordusu və SDQ hərbi əməliyyatları dayandıracaq.
Bu zaman Tom Barrack Şam və SDQ arasında imzalanmış 10 mart razılaşması çərçivəsində qruplaşmanın Dəməşq hökumətinin tabeliyinə tam olaraq keçməsinin vacibliyini vurğulayıb.

Oxucu Şərhləri
Şərh Yaz