Şampionlar Liqası pley-off turunun ilk matçında Fənərbaxça öz meydanında Benfikanı qəbul etdi. Qolsuz heç-heçə bitən oyundan sonra Kadıköydə məyusluq hökm sürdü.
Benfikanın 10 nəfərlə oynamasına baxmayaraq, qol vura bilməyən Fənərbaxça tur şansını çətinə saldı və Luzdakı ikinci matç üçün üstünlüyü əldən verdi.
## Dostluq ab-havası: Koç və Kosta bir aradaOyunu tribunada birlikdə izləyən Benfica prezidenti Rui Kosta və Fənərbaxça prezidenti Əli Koç matçdan sonra da dostluq münasibətlərini davam etdirdilər.
## Səmimi söhbətPortuqaliya klubunda futbolçu olduğu dövrdə də əfsanə olan prezident Rui Kosta matçdan dərhal sonra stadionun avtodayanacağına yollandı. Siqaret çəkmək üçün avtodayanacağa endiyi görülən Rui Kostaya bir müddət sonra Əli Koç da qatıldı.
Bir-birini qucaqlayıb təbrik edən iki prezident səmimi görüntülər fonunda xeyli söhbət etdi. Kərəm Aktürkoğlu transferi danışılarkən aralarında sərt mübahisələrin olduğu iddia edilən iki şəxsin bu səmimi görüntüsü şayiələri alt-üst etdi.
Əli Koç söhbətdən sonra Rui Kosta ilə vidalaşaraq onu gözləyən avtomobilə doğru getdi.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz