Kepler-725c adlandırılan bu yaşanabilir ekzoplanet, Yerə bənzər şəraitə malik olması ehtimalı ilə mühüm bir namizəd kimi qeydə alınıb.
GÜNƏŞƏ BƏNZƏR ULDUZUN ORBİTİNDƏ FİRLANIR
Çin Elmlər Akademiyasına bağlı Yunnan Rəsədxanalarının rəhbərliyi ilə aparılan araşdırmada, Kepler-725c-nin G9V tipli Günəşə bənzər bir ulduzun orbitində təxminən 207,5 günlük bir dövrə ilə fırlandığı bildirilir. Onun ulduzdan aldığı enerji miqdarının Yerin aldığı enerjidən yüzdə 40 daha çox olduğu vurğulanarkən, bu xüsusiyyətinə görə planetin yaşana bilən bir ərazidə yer aldığı qeyd olunur.
YENİ ÜSULLA AŞKAR EDİLDİ
Planetin kəşfi birbaşa müşahidə yolu ilə deyil, Tranzit Zamanlaması Variasiyası (TTV) adlanan yeni bir texnika ilə həyata keçirilib. Bu üsul, bir ulduz sistemində mövcud olan planetin orbitindəki zamanlamalarda baş verən sapmaları təhlil edərək, sistemdə başqa bir planetin varlığını riyazi olaraq müəyyən edir.
Tədqiqat qrupu, sistemdə əvvəlcədən mövcud olan Kepler-725b adlı qaz nəhənginin orbitində sapmalar müşahidə edib. Aparılan hesablamalar, bu sapmaların səbəbinin Kepler-725c adlı ikinci və gizli bir planet olduğunu göstərib.
10 YER KÜTLƏSİNDƏ, SÜPER DÜNYA STATUSUNDA
Yeni kəşf edilmiş planetin kütləsinin Yerin təqribən 10 qatı olduğu bildirilir. Bu xüsusiyyətinə görə planet "Süper Dünya" olaraq təsnif edilib. Səthində su və ya yaşama dair birbaşa sübut tapılmasa da, onun fiziki və orbital xüsusiyyətləri bu ehtimalı tamamilə istisna etmir.
ELM DÜNYASINDA ÜMİD OYATDI
Kepler-725c, birbaşa müşahidə edilməsə də, riyazi məlumatlarla varlığı sübut edilmiş ilk yaşana bilən Süper Dünya nümunələrindən biri kimi qeydə alınıb. Elm adamları, bənzər sistemlərin kainatda geniş yayılmış ola biləcəyini və bu cür planetlərin TTV üsulu ilə aşkar edilməsinin getdikcə yayılacağını düşünürlər.
Tədqiqatçılar, Çinin 'Earth 2.0' peyki ilə Avropa Kosmos Agentliyinin 'PLATO' missiyasının işə düşməsi ilə birlikdə, yaşana bilən planetlərin kəşfində böyük irəliləyiş əldə ediləcəyini proqnozlaşdırırlar. Bu yeni kəşf, Yerxarici həyat axtarışında mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilir.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz