İdman 13.11.2025

Alperen möhtəşəm oyunla "double-double" etdi, Houston Vaşinqtonu yendi

Alperen möhtəşəm oyunla "double-double" etdi, Houston Vaşinqtonu yendi

Alperen Şengün-dən möhtəşəm performans

Houston Rockets evdə Washington Wizards-ı qəbul etdiyi oyunda Alperen Şengün 27 dəqiqə 46 saniyə meydanda qalıb 16 xal, 13 ribaund və 6 asistlə yadda qalıb. Kevin Durant isə 23 xal qazanıb. Wizards komandasından Alex Sarr-ın 25 xal və 11 ribaundluq performansı məğlubiyyətin qarşısını ala bilməyib.

Nikola Yokic-dən 55 xal

Denver Nuggets səfərdə Los Angeles Clippers-ı 130-116 hesabı ilə məğlub edərək ardıcıl 6-cı qələbəsini qazanıb. Nuggets-də Nikola Yokic 55 xalla NBA-də bu mövsüm ən çox xal toplayan oyunçu rekordunu təkrarlayıb. Daha əvvəl Oklahoma City-nin ulduzu Shai Gilgeous-Alexander 23 oktyabrda Indiana-ya qarşı oynanan matçda 55 xal qazanmışdı. Clippers-da James Harden 23 xal, Jordan Miller isə 22 xal atıb.

Detroit Pistons-dan ardıcıl 8-ci qələbə

Detroit Pistons evdə Chicago Bulls-u 124-113 hesabı ilə məğlub edərək ardıcıl 8-ci qələbəsini əldə edib. Pistons-da Paul Reed 28 xal və 13 ribaundla qələbədə mühüm rol oynayıb. Duncan Robinson isə 23 xal qeydə aldırıb.

Bulls-da Matas Buzelis 21 xal, Kevin Huerter isə 20 xal atıb.

Stephen Curry-dən 46 xal

Stephen Curry-nin 46 xal atdığı oyunda Golden State Warriors, Victor WembanyamaStephon Castle-ın "triple-double" etməsinə baxmayaraq, səfərdə San Antonio Spurs-u 125-120 hesabı ilə məğlub edib. Warriors-da Jimmy Butler isə 28 xal qazanıb.

Spurs-da "triple-double" edən oyunçulardan Wembanyama 31 xal, 15 ribaund və 10 asist edib. Castle isə 23 xal, 10 ribaund və 10 asistlə oynayıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz