London etirazlarında gərgin anlar
Londonda mühafizəkar,
immiqrasiya əleyhdarı fəal
Tommy Robinsonun təşkil etdiyi yürüş gərgin qarşıdurmalarla müşayiət olunub. Əsl adı Stephen Yaxley-Lennon olan, lakin
Tommy Robinson səhnə adından istifadə edən fəal mühafizəkarları, dindarları və millətçiləri London küçələrinə toplayaraq "Krallığı Birləşdir" adlı genişmiqyaslı yürüş keçirib.
Polisin məlumatına görə, təxminən 110 min nəfərin iştirak etdiyi aksiya zamanı nümayişçilər Birləşmiş Krallıq bayrağı əvəzinə ölkənin şərqini simvolizə edən ağ fon üzərində qırmızı xaçlı İngiltərə bayrağını dalğalandırıblar. Onlar "ictimai əxlaqın solçular və miqrantlar tərəfindən pozulmasına qarşı" şüarlar səsləndiriblər.
Tommy Robinsonun yürüşü və qarşıdurmalar
Əks tərəfdə isə "Faşizmə Qarşı Yürüş" adlı aksiyaya təxminən 5 min nəfər qoşulub. London polisi iki qrupu ayırmaq üçün minədək əməkdaş cəlb edərək şəhər mərkəzində bufer zonaları yaradıb. Günün ilk saatlarında sülhpərvər keçən aksiya axşamüstü gərginləşib.
Tommy Robinsonun tərəfdarları əks-nümayişçilərə doğru barikadaları aşmağa cəhd edərək polisə daş və şüşə atıblar. Polis kütlənin baryerləri dağıtmasının qarşısını alıb. Hadisə zamanı ən azı doqquz nəfər saxlanılıb və səlahiyyətlilər şəxsiyyəti müəyyən edilən bir çox digər şəxslərin də məhkəməyə veriləcəyini bəyan ediblər.
Böyük Britaniyada immiqrasiya əleyhdarı siyasət
Aksiyada "qayıqları dayandırın" və "ölkəmizi geri istəyirik" şüarları yazılmış pankartlar qaldırılıb. Xatırladaq ki, Böyük Britaniya son illərdə əksəriyyəti Pakistan əsilli miqrantlardan ibarət cinayətkar qrupların törətdiyi sistematik uşaq təcavüzləri ilə sarsılmışdı. Bu da
immiqrasiya əleyhdarı qrupların narazılığını artırır. Əks-etirazda isə "qaçqınlara xoş gəlmisiniz" və "aşırı sağa qarşı dur" kimi pankartlar diqqət çəkib. Bu etirazlar Böyük Britaniya hökumətinin miqrantlara qarşı daha sərt tədbirlər görməyə başladığı bir dövrə təsadüf edir. Bu dövrdə cəmiyyətdə
mühafizəkarlıq və millətçilik meyilləri güclənir,
immiqrasiya əleyhdarı çağırışlar daha geniş yayılır.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz