"Beşiktaş"ın "Göztepe" səfəri öncəsi hazırlıqlar tamamlandı
Türkiyə Super Liqasında 6-cı turun açılış matçında "Beşiktaş" bu gün "Göztepe"nin qonağı olacaq. "Başakşehir" üzərində qələbə ilə pis seriyasına son qoyan qara-ağlar, çətin səfərdən də qələbə ilə dönərək yüksəlişini davam etdirmək niyyətindədir.
Sergen Yalçının əsas hədəfi "Qalatasaray" derbisi
Baş məşqçi Sergen Yalçının əsas hədəfi isə 4 oktyabr tarixindəki "Qalatasaray" derbisidir. Bu tarixə qədər "Göztepe", "Kayserispor" və "Kocaelispor" ilə qarşılaşacaq "Beşiktaş"da təcrübəli çalışdırıcı itkisiz şəkildə "Rams Park"a çıxmağın planlarını qurur.
Svensson heyətdən kənarlaşdırıldı
"Beşiktaş", "Göztepe" matçının hazırlıqlarını tamamlayıb İzmirə yola düşüb. Svensson Sergen Yalçının qərarı ilə heyətə alınmayıb. Bundan əlavə, zədə riski olan Rashica, ağrıları davam edən Salih və Ndidi ilə qırmızı kart cəzalısı Orkun da İstanbulda saxlanılıb.
Oxucu Şərhləri
Şərh Yaz