Gündəm 06.08.2025

Deputat rəqəmsal əkizini yaratdı: "Randevu yox, 24/7 əlçatan"

Deputat rəqəmsal əkizini yaratdı: "Randevu yox, 24/7 əlçatan"

YENİ DÖVRÜN SİYASETÇİSİ: SÜNİ İNTELLEKT BOTU

Leeds Cənub-Qərb və Morley bölgələrini təmsil edən Mark Sevards tərəfindən inkişaf etdirilən süni intellekt botu seçicilərin suallarını fasiləsiz cavablandırmaqla ictimaiyyətlə parlament üzvünün ofisi arasındakı əlaqəni gücləndirəcək. Sevards bu texnologiyanın onun rəsmi vəzifələrini əvəz etməyəcəyini də xüsusi vurğulayıb.

BÜROKRATİK PROSES GÖZLƏNİLMƏYƏCƏK

Bu süni intellekt botu istifadəçilərə yerli problemlər barədə məlumat vermək, siyasət haqqında suallar vermək və ya ənənəvi bürokratik prosesi gözləmədən mesaj buraxmaq imkanı təqdim edir. Sevards botun insanlara "günün istənilən vaxtı mənimlə əlaqə saxlamaq üçün əlavə bir yol" təqdim etdiyini bildirib.

Lids mərkəzli "Neural Voice" adlı texnologiya şirkəti tərəfindən yaradılan bu avtomatlaşdırılmış sistem, Böyük Britaniyanın ilk virtual millət vəkili kimi təqdim olunub. Şirkət sistemin Sevardsın danışıq tərzini, səs tonunu və ünsiyyət üslubunu yüksək dəqiqliklə əks etdirdiyini açıqlayıb. İnkişaf prosesində Sevardsın parlamentdəki çıxışları, sosial media məzmunları və seçicilərlə yazışmaları əsas götürülüb.

"ƏKSƏR İNSANLAR NÜMAYƏNDƏSİNİN ADINI BELƏ BİLMİR"

"Neural Voice"un baş icraçı direktoru Ceremi Smit belə texnologiyaların siyasətçiləri daha əlçatan etdiyini qeyd edərək, "Əksər insanlar öz siyasi nümayəndəsinin adını belə bilmir" deyib. Smit oxşar sistemlərin gələcəkdə digər qanunvericilər və hətta bizneslər üçün də tətbiq edilə biləcəyini bildirib.

Rəqəmsal texnologiyaların ictimai rollarda istifadəsi getdikcə genişlənir. Məsələn, keçən il Yaponiyanın Yokosuka şəhərinin bələdiyyə sədri bölgədə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələri personalı ilə əlaqə qurmaq üçün öz rəqəmsal əkizini yaratmışdı. Danimarkada isə "Sintetik Partiya" 2022-ci il seçkilərinə bu tipli bir namizəd olan "Lider Lars" ilə qatılmışdı.

RİSKLƏRİ NƏLƏRDİR?

Lakin bu texnologiyanın riskləri də mövcuddur. Deepfake texnologiyasının artan istifadəsi tanınmış şəxslərin razılığı olmadan təqlid edilməsi və ya saxta şəxsiyyətlərin yaradılması kimi problemləri də özü ilə gətirir. 2024-cü ilə aid bir hesabatda qeyd olunur ki, hər beş dəqiqədən bir yeni deepfake məzmunu istehsal olunur.

Buna baxmayaraq, Mark Sevards bu texnologiyanı ümidverici hesab edir. X platformasında etdiyi paylaşımda o, "Süni intellekt inqilabı baş verir. Ya onu qəbul edəcəyik, ya da geridə qalacağıq" ifadələrini işlədib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz