Süper Ligdə zirvə uğrunda mübarizənin getdikcə daha da qızışdığı bir vaxtda, bu axşam Fənərbaxça öz meydanında əzəli rəqibi Qalatasarayı qəbul edəcək. 32 xalla lider olan "Aslan" fərqi 4 xala çıxarmağa çalışır, cəmi bir xal geridə qalan "Kanarya" isə liderlik kürsüsünü ələ keçirmək üçün səy göstərir.
Fənərbaxçanın 1 Dekabr Kabusu
1 Dekabr bazar ertəsinə təsadüf edən derbi öncəsi, eyni tarixdə oynanılan matçlarla bağlı diqqət çəkici bir statistika ortaya çıxıb. 1 Dekabra düşən 5 derbinin 4-də Qalatasarayın üstün olduğu məlum olub. Digər qarşılaşma isə qolsuz bərabərliklə nəticələnib.
1 Dekabrda oynanan Fənərbaxça-Qalatasaray qarşılaşmalarının nəticələri aşağıdakı kimidir:
1946: Fənərbaxça 0-1 Qalatasaray
1956: Qalatasaray 3-2 Fənərbaxça
1963: Qalatasaray 0-0 Fənərbaxça
1966: Fənərbaxça 0-1 Qalatasaray
1990: Fənərbaxça 1-2 Qalatasaray

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz