Gündəm 24.11.2025

Dindar fəalın ağzını tikərək etiraza başlaması iddia edilir

Dindar fəalın ağzını tikərək etiraza başlaması iddia edilir

Elman Şeydayev aclıq aksiyasına başlayıb: Altı inanclı qadın fəalın azadlığı tələb olunur

6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı fəal Elman Şeydayevin aclıq aksiyasına başladığı məlum olub. Noyabrın 24-də yayılan məlumatlara görə, Şeydayev bu ilin avqust ayında həbs edilmiş altı qadın inanclı fəalın azadlığa buraxılmasını tələb edir. Onun səhhətinin ağır olduğu bildirilir.

Elman Şeydayevin həbs işi

Elman Şeydayev 2022-ci ilin fevral ayında saxlanılıb və həmin ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi (külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi) ilə təqsirləndirilib. Elman Şeydayev özü isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir. O, həbsinin fəaliyyəti, eləcə də ilahiyyatçı Sərdar Hacıhəsənli ilə bağlı ifadə verməkdən boyun qaçırmasına görə olduğunu qeyd edir.

Həbsdə olan altı inanclı qadın fəal

Aclıq aksiyasına səbəb olan altı qadın inanclı fəal – Nailə Bağırova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova – avqustun 15-də həbs ediliblər. Onlar Binə qəsəbəsində İmam Hüseyn adına ehsan payladıqları və Fələstinlə bağlı şüarlar səsləndirdikləri üçün saxlanılıblar. Qadın fəallar Cinayət Məcəlləsinin 221.3-cü (bir qrup şəxs tərəfindən və ya təkrar törədilən xuliqanlıq, zor tətbiqi və ya əmlaka ziyan vurulması halları) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya bu cür hərəkətlərdə fəal iştirak) maddələri ilə təqsirləndirilirlər.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz