Fenerbahçe Jhon Duranı Heyətinə Qatdı
İstanbul təmsilçisi
Fenerbahçe, Kolumbiyalı forvet
Jhon Duranı bir illik icarə əsasında heyətinə cəlb etdiyini rəsmi şəkildə açıqladı. Sarı-göylü klubdan verilən məlumata görə, Səudiyyə Ərəbistanı I Liqasında çıxış edən "Əl-Nəsr" komandasının 21 yaşlı hücumçusunun transferi üçün klubla razılığa gəlinib. Lakin bu keçidin maliyyə detalları ilə bağlı hər hansı rəsmi məlumat yayımlanmayıb.
Qeyd edək ki, gənc qolçu qısa müddət əvvəl 77 milyon avro bonservis haqqı ilə "Əl-Nəsr"ə keçsə də, cəmi altı ay sonra icarə əsasında İstanbul təmsilçisinə qoşulub.
Transferin Maliyyə Tərəfləri
Fenerbahçe bu transferin maliyyə detallarını açıqlamasa da, nüfuzlu idman jurnalisti Fabrizio Romano, Duranın "Əl-Nəsr"dəki illik 20 milyon avroluq əməkhaqqının tamamilə İstanbul nəhəngi tərəfindən qarşılanacağını bildirib. Bu, sarı-göylü klub üçün böyük bir maliyyə yükü deməkdir.
Agent Haqqı İddiaları Gündəmdə
Bu keçidin diqqət çəkən digər bir detalı isə Duranın təmsilçilərinə ödəniləcəyi iddia edilən menecer haqqıdır. Jurnalist İbrahim Seten, Kolumbiyalı futbolçunun transferi üçün 6 milyon avro məbləğində agent haqqının ödəniləcəyini irəli sürüb.
İcarə Məbləği Sirr Olaraq Qalır
Fenerbahçənin "Əl-Nəsr"ə hər hansı bir
futbol klubu icarə haqqı ödəyib-ödəmədiyi barədə rəsmi məlumat yoxdur.
Jhon Duran keçən mövsümün ikinci yarısında transfer olunduğu Səudiyyə klubunda 18 matçda meydana çıxaraq 12 qol vurmağı bacarmışdı.
24 saat