İdman 10.07.2025

Dursun Özbekdən Osimhen açıqlaması

Dursun Özbekdən Osimhen açıqlaması

Galatasaray Osimhen transferi ilə bağlı açıqlama verdi

Türkiyənin nəhəng futbol klubu, Nigeriyalı ulduz futbolçu Viktor Osimhenin transferi ilə bağlı son vəziyyəti ictimaiyyətlə bölüşüb. Klubun prezidenti Dursun Özbək, bu böyük əməliyyata dair vacib açıqlamalar verib. Radyospor telekanalına danışan Özbək, komandanın transfer siyasətinin əsas prinsiplərini bir daha vurğulayıb. O bildirib ki, klub heç bir halda öz maliyyə vəziyyətini çətinə salacaq addımlar atmayacaq və bu prinsipə nigeriyalı forvardın mümkün keçidində də sadiq qalacaq. Prezidentin sözlərinə görə, "Komandada hər şey mövcud imkanlar çərçivəsində irəliləyir. Biz heç vaxt klubu maliyyə cəhətdən zora salacaq bir addım atmadıq və atmayacağıq. Bu durum Viktor Osimhenin ehtimal olunan keçidi üçün də keçərlidir."

Menecer Qardi: "Ulduz futbolçunu geri qaytarmaq istəyirik"

Bu arada, Galatasarayın transfer məsələlərini idarə edən tanınmış futbol agenti Corc Qardi də proses barədə danışıb. Sky Sports müxbirlərinin suallarını cavablandıran Qardi, "Oyunçunu kluba geri qaytarmaq istəyirik. Bunun üzərində fəaliyyət göstəririk," deyə qeyd edib. Bu açıqlama, klubun hədəflərində ciddiliyini bir daha nümayiş etdirir.

24 saat