İdman 07.08.2025

Ən bahalı kombine biletlər "Kadıköy"dədir, beşinci yerdə sürpriz var

Ən bahalı kombine biletlər "Kadıköy"dədir, beşinci yerdə sürpriz var
Trendyol Super Liqada kombine bilet yarışı: Hansı klub daha çox azarkeş cəlb edəcək? ## Kombine bilet qiymətlərində lider "Fənərbaxça"

Türkiyə Super Liqasında 2025-2026 mövsümü öncəsi klublar kombine biletlərini satışa çıxarıb. "Fənərbaxça"da "Maraton alt E Blok" və "Fənərbaxça alt E blok" 455 min lirəlik qiymətləri ilə son iki mövsümdə olduğu kimi, bu mövsüm də ən bahalı kombine mövqeyindədir.

Sarı-lacivərdli klub "Maraton Alt" və "Fənərbaxça Alt" kombinələrini 86 min 800 lirə ilə 455 min lirə arasında müəyyənləşdirib. Ayrı tribunaların üst qat biletlərinin isə 33 min lirə ilə 64 min 400 arasında olduğunu açıqlayıb.

"Fənərbaxça" Yüksək Divan Şurası üzvləri "Maraton alt H blok"dan 35 min lirə qarşılığında kombine bilet alıblar. Qala arxası biletləri 20 min 500 lirədən, tələbə biletləri isə 10 min 750 lirədən satılıb.

Sarı-lacivərdli klub ən bahalı tribunaların qiymətini keçən mövsüm 325 min lirə olaraq müəyyənləşdirmişdi. "Maraton alt E blok" və "Fənərbaxça alt E blok" biletləri bu mövsüm 130 min lirə bahalaşaraq 455 min lirədən satılır. "Fənərbaxça"nın tətbiq etdiyi 130 min lirəlik bahalaşma, Super Liqada "Qalatasaray"dan başqa bütün komandaların ən bahalı kombine biletindən daha çoxdur.

## "Konyaspor" ən ucuz kombine təklif edir

Ən ucuz kombine bilet isə keçən mövsüm olduğu kimi, bu mövsüm də "Konyaspor" tərəfindən satışa çıxarılıb. Yaşıl-ağ komanda qala arxası üst bilet qiymətini 2 min lirə olaraq müəyyənləşdirib. Keçən il kombine bilet sahibi olan azarkeşlər kombine yeniləmədə 25 faiz endirim hüququna sahib olublar.

Yaşıl-ağlar 2025-ci ilin Ailə İli olması səbəbiylə ailə tribunu biletlərini 3 min lirədən satışa çıxarıb. 65 yaş üstü azarkeşlər də kombine biletlərini 3 min lirədən alıblar.

"Konyaspor" kombine biletlərin Türkiyə Kuboku oyunlarını əhatə etmədiyini də açıqlayıb.

## "Qalatasaray"da yeniləmə rekordu

Son 3 mövsümün çempionu "Qalatasaray"da keçən mövsüm kombine bilet sahibi olan azarkeşlərin bilet yeniləmə nisbəti 90 faizi keçib.

Sarı-qırmızılı klub şimal və cənub üst tribunun qiymətini 24 min lirə, şimal və cənub alt tribunun qiymətini isə 26 min lirə olaraq müəyyənləşdirib. "Qalatasaray"da ən bahalı kombine bilet qiyməti isə 180 min lirə ilə şərq alt tribunun ən ortasında yerləşən hissəsi olub.

"Beşiktaş"da isə yeni mövsüm kombinələri 19 min lirədən başlayan qiymətlərlə satışa təqdim olunub. Qara-ağ klub 8 fərqli kateqoriyada bilet qiyməti müəyyənləşdirərkən, ən bahalı kombine bilet 115 min lirə ilə şərq tribunun alt qat ortasında yerləşən 1-ci kateqoriya tribun olub. "Beşiktaş" klubu keçən mövsüm VIP 100 və VIP 101 tribunalarını 210 min lirə və 240 min lirədən satışa çıxarmışdı.

Yeni mövsüm öncəsində kombine biletləri satışa təqdim edən "Trabzonspor" cənub tribunun və şimal alt tribunun 6 min lirədən satışa çıxarıb. Bordo-mavili klub digər tribunaların qiymətlərini 9 min lirə, 10 min lirə və 12 min 500 lirə olaraq müəyyənləşdirib.

Qaradəniz təmsilçisi VIP kombinələrini isə 4 fərqli kateqoriyada satışa təqdim edib. VIP Silver 35 min lirə, VIP Gold 50 min lirə, VIP Platinium A və C Blok 70 min lirə, VIP Platinium B blok isə 90 min lirədən satılıb.

## "Rizəspor"dan gözlənilməz qiymət

"Eyüpspor" ilə Super Liqaya bu mövsüm yüksələn "Fatih Karagümrük" yeni mövsüm üçün kombine satışı etməyib. "Fənərbaxça", "Qalatasaray", "Beşiktaş" və "Trabzonspor"dan sonra ən bahalı kombine bilet qiymətini "Çaykur Rizəspor" açıqlayıb. Qaradəniz təmsilçisi stadionda yerləşən protokol tribunun 80 min lirədən satışa təqdim edib.

Liqaya yeni yüksələn komandalardan "Gənclərbirliyi" erkən kombine satışında azarkeşlərinə 50 faiz endirim tətbiq edib. Ankara təmsilçisinin azarkeşləri 25 iyun ilə 30 iyun arasında qala arxası biletlərini 4 min lirədən, maraton tribunu biletlərini 5 min lirədən və qapalı tribun biletlərini 6 min lirədən alıblar. Liqanın digər yeni komandası "Kocaelispor" keçən mövsüm kombinesi olan azarkeşlərinə 10 faiz endirim tətbiq edib.

Trendyol Super Liqadakı klubların kombine bilet qiymətləri aşağıdakı kimidir:

Komanda

Ən ucuz kombine

Ən bahalı kombine

"Fənərbaxça"

10 min 750

455 min

"Qalatasaray"

24 min

180 min

"Beşiktaş"

19 min

115 min

"Trabzonspor"

6 min

90 min

"Çaykur Rizəspor"

3 min 500

80 min

"Göztepe"

2 min 750

54 min

"Samsunspor"

6 min

40 min

"Konyaspor"

2 min

35 min

"Corendon Alanyaspor"

2 min 750

30 min

"Gənclərbirliyi"

8 min

30 min

"Kocaelispor"

6 min 250

25 min

"Qaziantep FK"

4 min

20 min

"Antalyaspor"

3 min 500

20 min

"Kayserispor"

3 min 500

18 min

"RAMS Başakşehir"

4 min 500

12 min

"Kasımpaşa"

6 min

9 min

"ikas Eyüpspor"

Kombine satışı yoxdur

-

"Fatih Karagümrük"

Kombine satışı yoxdur

-

Qeyd: Sıralamada klubların ən bahalı kombine bileti nəzərə alınıb, ümumi satış qiymətləri üzərindən dəyərləndirmə aparılıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz