Şou 17.08.2025

Ezgi Şenlerdən toy öncəsi veda məclisi

Ezgi Şenlerdən toy öncəsi veda məclisi

'Sevmek Yüzünden', 'Çatı Katı Aşk', 'Sen Büyümeye Bak' və 'Teşkilat' kimi tanınmış layihələrdə rol alan aktrisa Ezgi Şenler, 12 yaşında tanıdığı ilk məhəbbəti Ömər Gürgen ilə 19 il sonra yenidən bir araya gəlib. Cütlük yeddi aylıq münasibətdən sonra evlənmək qərarı alıb.

Aktrisa ötən ilin sonunda futbol meneceri Gürgenin romantik evlilik təklifinə "Bəli" cavabını vermişdi.

Toy Hazırlıqları və Subaylığa Vida Məclisi

Cütlük avqustun 29-da nikah masasına oturmağa hazırlaşır. Ötən axşam paytaxt Ankarada bir məkanı tamamilə özəlləşdirən aktrisa, yaxın rəfiqələri üçün möhtəşəm bir bekarlığa veda partisi təşkil edib.

32 yaşlı sənətçi dostları ilə birlikdə doyasıya əylənib və gecədən çəkilmiş fotoları öz Instagram səhifəsində "Subaylığa vida edə bilərik, lakin dostlarımıza əsla" qeydi ilə paylaşıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz