İdman 31.08.2025

Fənərbaxça Ederson üçün transferə başladı

Fənərbaxça Ederson üçün transferə başladı

Transfer mübarizəsi qızışır: "Fənərbağça"dan gözlənilməz transfer cəhdi

Futbol transfer pəncərəsinin bağlanmasına az qala, sensasiyalı xəbərlər eşidilməkdədir.

"Fənərbağça" rəhbərliyinin "Qalatasaray"ın hədəfində olan və uzun müddətdir danışıqlar apardığı Ederson üçün transfer mübarizəsinə qoşulduğu iddia edilir.

"Fənərbağça" və "Mançester Siti" arasında ilk təmas

İtaliyalı jurnalist Fabrizo Romanonun yaydığı məlumata görə, "sarı-lacivərdlilər" "Mançester Siti" ilə ilk əlaqəni qurub. "Qalatasaray"ın təklif etdiyi 10 milyon avroluq təklifin rədd edildiyi, İngiltərə klubunun isə "Fənərbağça" ilə danışıqlar masasına oturduğu bildirilir.

Bu hadisədən sonra "Qalatasaray"ın əks-hücum edəcəyi və transfer mübarizəsinin daha da qızışıb fərqli bir yarışa çevriləcəyi maraqla gözlənilir.

"Mançester Siti" qapısına Donnarumma keçə bilər

"Mançester Siti"də Edersonun ayrılmasından sonra qapıya Donnarummanın keçəcəyi deyilir. "Qalatasaray" klubunda bütün diqqət qapıçı transferinə yönəlib. Əzəli rəqibi "Fənərbağça"nın bu cəhdindən sonra "Qalatasaray"ın "Mançester Siti" ilə bu gecədən etibarən danışıqlarını intensivləşdirəcəyi gözlənilir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz