İdman 25.11.2025

"Fənər"də "Qalatasaray" derbisi öncəsi Ederson şoku yaşanır.

"Fənər"də "Qalatasaray" derbisi öncəsi Ederson şoku yaşanır.
Super Liqada "Fənərbaxça""Qalatasaray" arasında keçiriləcək derbi ərəfəsində "Fənərbaxça"da Ederson şoku yaşanır.

Edersonun PFDK-ya göndərilməsi

"Fənərbaxça"nın qapıçısı Ederson Santananın PFDK-ya (Peşəkar Futbol İntizam Komitəsi) göndərildiyi açıqlanıb. Braziliyalı qolkiper "Rizəspor" ilə oynanan qarşılaşmadan sonra sosial mediada yayılan görüntülərə görə "təhqir" ittihamı ilə PFDK-ya göndərilib.

Həmin görüntülərdə Edersonun şortu ilə oynadığı görünür. "Qalatasaray" tərəfi isə bu hərəkətin tribunlara qarşı edildiyini iddia edərək Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.

PFDK-nın açıqlamasında bildirilir: "Fənərbaxça A.Ş. klubunun futbolçusu Ederson Santana de Moraes eyni matçda "təhqir" etdiyinə görə Futbol İntizam Təlimatının 41-ci maddəsinə əsasən PFDK-ya göndərilib".

"Fənərbaxça"nın müdafiə hazırlığı

"Fənərbaxça" braziliyalı ulduz üçün müdafiə hazırlayıb. Edersonun karyerasında etdiyi oxşar hərəkətlərin yer aldığı videoçarx hazırlanıb. Xüsusilə "Çaykur Rizəspor" matçındakı vəziyyətə bənzər 5-6 nümunə video da toplanıb.

"Sarı-lacivərdlilər" Edersonun "Mançester Siti" karyerasında da eyni hərəkəti dəfələrlə etdiyini və şort düzəltmə hərəkətinin onun "tiki" olduğunu sübut etmək üçün həmin görüntüləri toplayaraq etiraz ərizəsinə əlavə edəcək.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz