Fenerbahçe "Chobani" ilə tarixi sponsorluğa hazırlaşır
Türkiyənin tanınmış futbol klubu stadın ad sponsorluğu və Avropa turnirlərindəki forma sinə sponsorluğu üçün ABŞ-ın nəhəng yoğurt şirkəti Chobani ilə danışıqlara başladığını rəsmi şəkildə elan edib.
Klub rəhbərliyi, dünyaca məşhur yoğurt istehsalçısı ilə prinsipial razılığa gəlib. Sarı-göylü klub bu razılaşmanın maliyyə detallarını hələ ki, ictimaiyyətə açıqlamayıb.
100 milyon avroluq razılaşmanın detalları
Tanınmış iş adamı Həmdi Ulukayanın sahibi olduğu yoğurt şirkəti ilə 100 milyon avro dəyərində sponsorluq müqaviləsi imzalandığı bildirilir. Razılaşmaya əsasən, qatı futbol tərəfdarı və Prezident Ali Koçun yaxın dostu olan Ulukaya, kluba illik təxminən 20 milyon avro ödəyəcək.
Klubdan verilən rəsmi açıqlamada bu ifadələr yer alıb: "Klubumuz, stadionun ad sponsorluğu və Futbol A Komandamızın Avropa forma sinə sponsorluğu üçün Chobani ilə danışıqlara başlamışdır."