Fluminense yarımfinaldə: İkiqat dəyərli rəqibi keçdi

2025-ci il FIFA Klublararası Dünya Çempionatının dörddəbir final mərhələsində Braziliya təmsilçisi Fluminense Səudiyyə Ərəbistanının Al Hilal klubu ilə üz-üzə gəlib.
ABŞ-ın Orlando şəhərindəki Kempinq Vorld Stadionunda baş tutan görüşdə Fluminense rəqibi Al Hilalı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Braziliya təmsilçisinin qollarını 40-cı dəqiqədə Martinelli, 70-ci dəqiqədə isə Herkules vurub. Səudiyyə Ərəbistanı komandasının yeganə qolunu 51-ci dəqiqədə Markos Leonardo fərqləndirib.