Fransanın cənubunda yerləşən
Aude bölgəsi avqustun 5-dən bəri böyük bir
orman yanğını ilə mübarizə aparır. Rəsmilər isti hava, quru bitki örtüyü və aralıqlarla güclənən küləyin təsiri ilə sürətlə genişlənən yanğının dünən axşam saatlarından etibarən nəzarət altına alındığını açıqlasa da, alovların hələ də aktiv olduğu yanğının tamamilə söndürülməsinin bir neçə gün çəkə biləcəyini bildiriblər.
Təxliyələr və Yanğının Nəticələri
Aude bölgəsinin quvernatoru Kristian Pugeyin sözlərinə görə, yanğının davam etməsi səbəbindən təxminən 90 kilometrlik meşəlik ərazinin yaxınlığındakı yüksək temperatur zonalarından 2 min nəfər təxliyə edilib. Quvernator Puge yanğınsöndürmə işlərinin davam etdiyini vurğulayaraq, “Hələ görüləsi çox iş var. Bir neçə gün ərzində yanğının tamamilə söndürüldüyünü bəyan etməyəcəyik”, – deyə bildirib.
Yerli idarəetmə orqanlarının son məlumatlarına əsasən, bu
orman yanğını 16 min hektar əraziyə təsir edib ki, bunun da 13 min hektarı tamamilə külə dönüb. Yanğın nəticəsində 36 ev və 40 nəqliyyat vasitəsi yanıb, 1300 ev elektrik enerjisindən məhrum olub. Hadisənin acı nəticələri arasında 65 yaşlı qadının həyatını itirməsi, 18-i yanğınsöndürən, 5-i isə mülki şəxs olmaqla, ümumilikdə 23 nəfərin xəsarət alması da var. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilib. Aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində itkin düşmüş 3 nəfər sağ tapılıb. Yanğın zonasında yüzlərlə insanın məktəblərin idman zallarına və bələdiyyə binalarına sığındığı məlumdur.
Mübarizənin Davam Etməsi və Gələcək Proqnozlar
Yanğınla mübarizə məqsədilə Sen-et-Marn bölgəsindən gələn dəstək qrupunun rəhbəri, Yanğınsöndürmə Qrup komandiri Olivye Kompta qeyd edib ki, “Hazırda hələ də isti nöqtələri müəyyən edərək müdaxilə etməyə çalışırıq. Qarşıdakı günlərdə isti havalar yenidən təsirli olacaq və küləyin güclənmə ehtimalı var. Məqsədimiz bu ərazini təhlükəsiz saxlamaqdır”.
Aude Yanğınsöndürmə Xidmətinin polkovniki Kristof Many isə gecə boyu aparılan işlərə toxunaraq bildirib ki, “Gecə ərzində dörd fərqli nöqtədə alovlanma baş verdi. Komandalarımız bunlara tez bir zamanda müdaxilə etdi. Su boşaltma tutumu 4 ton olan
helikopterimiz yerdəki qruplarla koordinasiyalı şəkildə fəaliyyət göstərir”.
Fransanın Ən Böyük Yanğını
Fransanın Ekoloji Keçid naziri Aqnes Panyer-Rünaşer və Daxili İşlər naziri Bruno Retayyo bu hadisəni “1949-cu ildən bəri Fransanın gördüyü ən böyük
orman yanğını” olaraq dəyərləndirmişdilər.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz