Futbol nəhəngləri 4 saat 40 dəqiqə mübarizə apardı
🎧 Audio: Bu yazı üçün səsli versiya hələ hazırlanmayıb.

ABŞ-da davam edən 2025-ci il FIFA Klublararası Dünya Kubokunda 1/8 final mərhələsinin ikinci qarşılaşması Portuqaliyanın Benfika və İngiltərənin Çelsi klubları arasında baş tutub. Şarlott şəhərindəki Bank of America Stadionunda keçirilən gərgin mübarizənin ilk hissəsi qolsuz heç-heçə ilə başa çatsa da, ikinci hissə dramatik anlarla yadda qalıb.
65-ci dəqiqədə İngiltərə millisinin futbolçusu Ris Ceymsin vurduğu qolla Çelsi hesabı açıb və irəli keçib. Lakin matçın 85-ci dəqiqəsində gözlənilməz hadisə baş verib. "Şiddətli sağanaq yağış ehtimalı" səbəbindən oyun dayandırılıb və təhlükəsizlik məqsədilə tribunalar boşaldılıb.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz