Braziliya sahillərində, İlxya de Kiymada Qrande adlı kiçik bir ada yerləşir. Xalq arasında
İlan Adası kimi tanınan bu ərazi dünyanın ən təhlükəli bölgələrindən biri hesab edilir. O qədər ki,
Braziliya hökuməti adaya girişi qadağan edib. Bu gün yalnız elm adamları və hərbçilər xüsusi icazə ilə məhdud müddətə adaya ayaq basa bilirlər.
Hər Kvadrat Metrdə Bir İlan
San-Paulu şəhərindən 32 kilometr aralıda yerləşən
İlan Adası cəmi 430 min kvadratmetr sahəyə malikdir. Lakin bu kiçik quru parçasında təxminən 4.000-ə yaxın ölümcül ilan mövcuddur. Elm adamlarına görə, adada hər bir kvadratmetrə bir ilan düşür. Bu ərazi dünyada ən yüksək ilan populyasiyasına sahibdir, lakin əsas təhlükə ilanların sayından çox, onların daşıdığı zəhərdə gizlənir.
Zəhəri Dərini Əridir
Adada yalnız bu bölgəyə xas olan Bothrops insularis, yəni
qızıl nizəbaşlı gürzə növü yaşayır. Bu ilanların zəhəri o qədər güclüdür ki, bir damcısı insan dərisini əridə biləcək qədər təsirlidir. Mütəxəssislər bildirirlər ki, sancılan bir insan saatlar ərzində həyatını itirə bilər.

30 Min Dollarlıq Qaçaqmalçılıq
Ada təkcə təbiətin yaratdığı təhlükəsi ilə deyil, həm də qaçaq ilan ticarəti ilə diqqət çəkir. Bu növ ekzotik heyvan kolleksiyaçıları tərəfindən yüksək qiymətlərlə tələb olunur. Qaçaqmalçılar qanunsuz yollarla adaya daxil olaraq bu ölümcül ilanları tutur və qara bazarda 30 min dollara qədər satırlar. Lakin bu qaçaq fəaliyyətlər ilan populyasiyasını təhdid edir. Meşələrin qırılması, xəstəliklər və qaçaqmalçılıq səbəbindən son 15 ildə adadakı ilan sayında 15%-ə qədər azalma müşahidə olunub.
Kritik Təhlükə Altında
Qızıl nizəbaşlı gürzə Uluslararası Təbiəti Mühafizə Birliyi (IUCN) tərəfindən kritik təhlükə altında olan növlər siyahısına daxil edilib. Braziliya hökuməti həm elmi araşdırmaları davam etdirmək, həm də bu xüsusi növü qorumaq məqsədilə adada əlavə təhlükəsizlik tədbirləri tətbiq etməyə başlayıb. Yalnız dəniz mayakının nəzarəti kimi zəruri hallarda Braziliya Hərbi Dəniz Qüvvələri tərəfindən ziyarət edilən ada, sıravi insanlar üçün qadağan olunmuş ərazi statusunu qoruyur.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz