"Fənərbaxça"nın Avropa Liqası ümidləri sönmə təhlükəsi ilə üz-üzə
"Fənərbaxça" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Feyenoord" ilə qarşılaşıb. Sarı-lacivərdlilər, azarkeşlərinin dəstəyi ilə oyuna üstün başlasalar da, gözlənilməz səhvlər onların əleyhinə işlədi.
Qapıçının kobud səhvi komandanı çətin vəziyyətə saldı
Turun ilk oyununda göstərdiyi zəif performansla tənqid hədəfinə çevrilən İrfan Can Eğribayat, bu dəfə də kobud səhvi ilə diqqət mərkəzinə düşdü. Fənərbaxçalı oyunçuların rəqib meydanında topun ələ dəyməsinə etiraz etdiyi anda, təcrübəli qolkiper oyunun dayandığını zənn edərək qapısından çıxıb topu əlinə götürüb.
İrfan Can Eğribayatın bu hərəkəti "Feyenoord"lu oyunçuların qırmızı kart tələbi ilə nəticələndi, lakin hakim cərimə zərbəsi təyin etdi. Cərimə zərbəsindən sonra top qapıdan keçəndə isə azarkeşlər İrfan Canın səhvinə sərt reaksiya göstərdilər. Onun bu faciəvi səhvi komandanın ümidlərinə ciddi zərbə vurdu.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz