Qəzzadakı Son Vəziyyət və Zərərçəkənlər
Fələstin Səhiyyə Nazirliyi Qəzzadakı son vəziyyətlə bağlı açıqlama yayıb. Açıqlamada İsrailin davam edən hücumlarında həyatını itirənlər və yaralananlarla bağlı son məlumatlar təqdim edilib.
Nazirliyin bildirdiyinə görə, son 24 saat ərzində zolaqda 39 Fələstinli İsrail tərəfindən öldürülüb, 491 nəfər isə yaralanıb.
Yardım Məntəqələrinin Hədəf Alınması
İsrail ordusunun yanvarın 19-da bölgədə əldə olunan atəşkəsi pozaraq martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 9 min 862 nəfər həyatını itirib, 40 min 809 mülki şəxs isə yaralanıb. Mayın 27-dən bəri İsrail-ABŞ dəstəkli “Qəzza Humanitar Yardım Fondu” tərəfindən qurulan yardım paylama məntəqələrində sakinlərin hədəf alındığı sistematik hücumlar nəticəsində ölənlərin sayı 1793-ə, yaralıların sayı isə 12 min 590-a çatıb.
Uşaqların Aclıqdan Ölümü
İsrailin aclığa məruz qoyduğu bölgədə son 24 saat ərzində daha 11 nəfər aclıqdan həyatını itirib. Aclıq səbəbindən ölənlərin sayı 98-i uşaq olmaqla 212-yə yüksəlib.
Ümumi Təlafütlər
2023-cü il oktyabrın 7-dən bəri İsrailin zolağa endirdiyi zərbələrdə həyatını itirənlərin sayı 61 min 369-a, yaralıların sayı isə 152 min 850-yə çatıb. Dağıntılar altında hələ də minlərlə cəsədin olduğu bildirilir.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz