"Fənərbaxça"dan transfer sürprizi: Orta sahə axtarışları davam edir
“Fənərbaxça”nın prezidenti Əli Koçun komandaya yeni oyunçu axtarışları ilə bağlı açıqlamaları transfer mövzusunu yenidən gündəmə gətirib. Əli Koç bildirib ki, komanda "box to box" oynaya bilən, topu ağılla paylaya bilən, zəkalı bir 8 nömrə axtarır. Bissouma ilə danışıqlar aparılsa da, oyunçunun zədələnməsi bu transferi əngəlləyib. Klub gənc bir oyunçu üzərində işləyir və son ana qədər transfer çalışmalarını davam etdirəcək.
Tedesko Raskini istəyir, "Beşiktaş" da transferə qoşulur
Baş məşqçi Tedesco Belçika milli komandasından yetirməsi olan və hazırda "Rangers"də heyətdən kənarlaşdırılan Nicolas Raskinin transferini istəyir. Bu transfer baş tutmasa, Becao komandaya 14-cü əcnəbi oyunçu kimi daxil ediləcək.
Sergen Yalçın da Nicolas Raskini heyətinə qatmaq istəyir. "Beşiktaş" da transferin son günündə heyətini gücləndirmək üçün Nicolas Raskini siyahısına əlavə edib. Sergen Yalçın bu ulduz futbolçunun komandanın orta sahəsinə böyük töhfə verəcəyini düşünür və transferin reallaşması üçün rəhbərliyə birbaşa tələb göndərib.
Oxucu Şərhləri
Şərh Yaz