Fənərbaxçanın transfer planı pozuldu
Türkiyənin Fənərbaxça klubu milli futbolçu Kərəm Aktürkoğlunun transferini reallaşdırmaq üçün səlahiyyətli şəxsləri və özəl təyyarəsini Portuqaliyanın paytaxtı Lissabona göndərmişdi. Klub rəhbərliyi transfer prosesinin sürətlə yekunlaşacağı təqdirdə Kərəmi UEFA Çempionlar Liqasının heyətinə daxil etmək üçün təyyarəni orada gözlətməyə qərar vermişdi.
Lakin iki klub arasında aparılan danışıqlarda razılıq əldə olunmadığı üçün gözləmə rejimində olan özəl təyyarə İstanbul istiqamətinə geri dönməli oldu.
Görüşlər nəticəsiz qaldı
Fənərbaxçanın Kərəm Aktürkoğlunun transferi üçün Lissabonda gözlətdiyi özəl təyyarə, transfer danışıqlarında iştirak edən idarə heyəti üzvləri ilə birlikdə İstanbula qayıtdı.
"Transfer bitdi, təyyarə onu almağa getdi" xəbərləri, "Benfika" klubunun prezidenti Rui Kostanı azarkeşlər arasında çətin vəziyyətə saldı.
Ali Koçun reaksiyası
Kosta, Kərəm ilə bağlı xəbərləri görən zaman gözlənilməz reaksiya verdi. Fənərbaxçanın "Benfika" ilə hələ razılığa gəlmədən transferin ictimaiyyətə sızması Rui Kostanı qəzəbləndirdi və o, prosesi çətinləşdirdi. Başqa sözlə desək, kommunikasiya baxımından prosesin pis idarə olunması Kərəm Aktürkoğlunun transferinə mane oldu. Klub prezidenti Əli Koç da yaranan gecikməyə görə çox əsəbiləşdi və transfer bitmədən xəbərin sızmasına görə səlahiyyətli şəxslərə ciddi xəbərdarlıq etdi. Halbuki, transfer imzalanma mərhələsində idi. Kərəm 5 milyon avroya 4 illik müqavilə imzalamağa razılaşmışdı.
Son anda problem yarandı
"Benfika" ilə futbol direktorları səviyyəsində aparılan danışıqlarda 25 milyon avro və əlavə 5 milyon avro bonus qarşılığında razılıq əldə olunmuşdu. Hər şeyə baxmayaraq, Fənərbaxça ilə hər mövzuda razılaşan Kərəm və onun meneceri Cenk Melih Yazıcı "Benfika" klubuna təzyiq göstərir. Lakin "Benfika", Fənərbaxça və Kərəmin bütün səylərinə baxmayaraq, "Nice" matçları oynanılmadan satış yoxdur" deyərək inadından dönmür.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz