Dünyanın müxtəlif regionlarında əsrlər boyu baş verən böyük
zəlzələlər milyonlarla insanın həyatına təsir edib. Son olaraq Rusiyanın Kamçatka Yarımadası sahillərində qeydə alınan 8.8 maqnitudalı
zəlzələ son dövrün ən güclü təkanları arasında öz yerini tutdu. Bəs tarixin ən böyük
zəlzələləri hansılardır?
1960-cı il Valdiviya Zəlzələsi, Çili – 9.5
Tüm zamanların ən böyük
zəlzələsi 1960-cı ildə Çilinin Valdiviya şəhərində baş verib. Gücü 9.5-9.6 arasında ölçülən bu nəhəng
zəlzələ təxminən 10 dəqiqə davam edib və
tsunami dalğaları
Pasifik sahillərini vurub. Təxminən 1000-dən 6000-ə qədər insanın həyatını itirdiyi bildirilir. Bölgədəki infrastruktur tamamilə dağıdılıb. Təkan o qədər güclü idi ki,
tsunami dalğaları Havay və Yaponiya kimi uzaq bölgələrə qədər çatıb.
1964-cü il Prins Uilyam Saund Zəlzələsi, ABŞ – 9.2
1964-cü ildə Alyaskada qeydə alınan 9.2 maqnitudalı Prins Uilyam Saund
Zəlzələsi ABŞ tarixində ən böyük
zəlzələ olaraq tarixə düşdü. Zəlzələdən sonra yaranan
tsunami nəticəsində 130-dan çox insan həyatını itirdi və geniş miqyasda maddi ziyan yarandı.
2004-cü il Sumatra Zəlzələsi, İndoneziya – 9.3
2004-cü ildə İndoneziya sahillərində baş verən Sumatra-Andaman
Zəlzələsi 9.1-9.3 maqnitudasında idi və tarixin ən ölümcül
zəlzələlərindən biri oldu. Bu meqatrust
zəlzələsi və ardınca yaranan
tsunami 14 ölkəyə təsir etdi və təxminən 230 mindən çox insanın həyatına son qoydu.
2011-ci il Tohoku Zəlzələsi, Yaponiya – 9.0
2011-ci ildə Yaponiyada baş verən Tohoku
Zəlzələsi isə 9.0-9.1 maqnitudasında idi. Bu
zəlzələ yalnız böyük bir təkan deyil, həm də Fukuşima nüvə böhranına yol açdı. Ən azı 15 min insan həyatını itirdi, minlərlə insan isə hələ də itkin sayılır.
2025-ci il Kamçatka Zəlzələsi, Rusiya – 8.8
Son olaraq Kamçatkada baş verən 8.8 maqnitudalı
zəlzələ yaxın tarixin ən böyüklərindən biri oldu. Dayaz dərinlikdə baş verən
zəlzələ Pasifik sahillərində 4 metrə çatan
tsunami dalğalarına səbəb oldu. Yaponiya, Havay və Alyaska kimi bölgələrdə
tsunami həyəcan siqnalı verildi. Hazırda can itkisi qeydə alınmayıb, lakin bölgədəki bəzi tikililərə ziyan dəyib.
2010-cu il Maule Zəlzələsi, Çili – 8.8
Digər böyük təkanlar arasında 2010-cu ildə Çilinin Maule bölgəsində baş verən 8.8 maqnitudalı
zəlzələ yer alır. Təxminən 500 insan həyatını itirdi və yüz minlərlə tikili dağıldı.
1906-cı il Ekvador Zəlzələsi – 8.8
1906-cı ildə Ekvadorun Esmeraldas bölgəsində baş verən 8.8 maqnitudalı
zəlzələ böyük
tsunamilərlə birlikdə ən azı 1000 insanın ölümünə səbəb oldu. Onun təsirləri Şimali Amerika və Asiya sahillərində belə hiss edildi.
1965-ci il Alyaska Zəlzələsi, ABŞ – 8.7
1965-ci ildə Alyaskadakı Rat Ailəndz (Rat Islands) bölgəsində baş verən 8.7 maqnitudalı
zəlzələ 11 metrlik
tsunami dalğaları yaratdı və məhdud sayda can itkisi qeydə alındı.
1950-ci il Assam Zəlzələsi, Hindistan – 8.6
1950-ci ildə Hindistanın Assam bölgəsində baş verən 8.6 maqnitudalı
zəlzələ isə ən azı 1500 insanın həyatını itirməsinə səbəb oldu. Bölgədə nəhəng sürüşmələr və daşqınlar yaşandı.
2012-ci il Sumatra Zəlzələsi, İndoneziya – 8.6
2012-ci ildə yenidən İndoneziyanın Sumatra bölgəsində baş verən 8.6 maqnitudalı
zəlzələ 10 nəfərin həyatını itirməsi ilə yanaşı, bölgədəki seysmik fəaliyyəti artırdı və yeni fəlakətlərin xəbərçisi oldu.
Mütəxəssislər Xəbərdarlıq Edir
Bundan əlavə, 1976-cı ildə Çinin Tanqşan şəhərində baş verən 7.6 maqnitudalı
zəlzələ strukturların dayanıqsızlığı səbəbindən rəsmi qeydlərə görə 242 mindən çox insanın həyatına son qoydu. Bu, tarixin ən ölümcül təbii fəlakətlərindən biri hesab edilir. 1970-ci ildə Perudakı Ankaş
Zəlzələsi isə 7.9 maqnitudasında baş vermiş və təxminən 67 min insanın ölümünə səbəb olmuşdu.
Dünya bu nəhəng təkanlarla üzləşməyə davam edərkən, mütəxəssislər
zəlzələlərə qarşı hazırlıqlı olmağın vacibliyini bir daha xatırladırlar.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz