"Konyaspor" heyətini gücləndirir
Türkiyənin Trendyol Super Liqası təmsilçisi Konyaspor, Avstriyanın "Rapid Vyana" klubunun akademiyasının yetirməsi Mücahit İbrahimoğlunu heyətinə transfer edib.
Yaşıl-ağlıların yaydığı bəyanata əsasən, yarımmüdafiəçi və dayaq yarımmüdafiəçi mövqelərində çıxış edə bilən Mücahit İbrahimoğlu ilə 3 illik müqavilə imzalanıb. İmzalama mərasimi "MEDAŞ Konya Böyükşəhər" Stadionundakı klubun muzeyində baş tutub. Mərasimdə 20 yaşlı futbolçu ilə yanaşı, klubun futbol departamentinin rəhbəri Yusuf Kiçikbakırcı da iştirak edib. Mücahit İbrahimoğlu o, 14 nömrəli formanı geyinəcək.
Qapıçı Bahadır Han Güngördü geri döndü
Həmçinin, 2025-ci ilin yanvar ayında Konyaspora transfer olunan və dərhal icarəyə verilən qapıçı Bahadır Han Güngördü üçün də imzalama mərasimi təşkil edilib.
Müqaviləsi 2026-2027 mövsümünün sonuna qədər davam edən Bahadır Han, müxtəlif vaxtlarda "Trabzonspor", "Ankara Dəmirspor", "1461 Trabzonspor", "Boluspor", "MKE Ankaragücü" və "İğdır FK" kimi klublarda forma geyinib. "İğdır FK"dan geri dönən Bahadır yenidən bu klubda 13 nömrəli formanı daşıyacaq.