Robert Lewandowski "Fənərbaxça"ya keçməkdən imtina etdi
Barselona"da gələcəyi qeyri-müəyyən olan Robert Lewandowskinin adı tez-tez "Fənərbaxça" ilə hallanırdı. Polşalı ulduzun "sarı-lacivərdlilər"in marağına cavabı bəlli olub.
Sky DE-nin məlumatına görə, "Fənərbaxça" qış transfer pəncərəsində Robert Lewandowskini heyətinə qatmaq üçün rəsmi təklif etməyib, lakin meneceri ilə əlaqə saxlayıb. 37 yaşlı polşalı ulduzun "Fənərbaxça"nın marağına mənfi yanaşdığı bildirilib.
Lewandowskinin müqaviləsində +1 il opsiyası var
Xəbərin detallarında Lewandowskinin mövsümün sonuna qədər "Barselona"da qalmağı planlaşdırdığı qeyd olunur. Ulduz futbolçunun yanvar ayında transferi düşünmədiyi də ifadə edilib. Müqaviləsində +1 il opsiyası olan ulduz oyunçunun "Barselona" ilə olan müqaviləsi mövsümün sonunda başa çatacaq.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz