İdman 02.07.2025

Marko Quduriçin yeni klubu məlum oldu

Marko Quduriçin yeni klubu məlum oldu

"Milan" klubu Marko Guduriçi heyətinə qatıb

İtaliyanın məşhur basketbol təmsilçisi EA7 Emporio Armani Milan "Fənərbaxça Beko"dan ayrılan serb ulduz Marko Guduriçi heyətinə qatdığını rəsmi olaraq bəyan edib.

Klubun yaydığı məlumatda, 30 yaşlı təcrübəli basketbolçunun heyətə daxil edildiyi bildirilir.

Guduriçin ilk açıqlaması: "Karyeramda yeni səhifə"

Açıqlamasında Guduriç karyerasında yeni bir səhifə açmaq fürsəti qazanmaqdan məmnun olduğunu vurğulayıb. O, "Haqqında yalnız müsbət rəylər eşitdiyim bu əfsanəvi və mükəmməl təşkil olunmuş klubda bu imkanı dəyərləndirəcəyim üçün çox sevinirəm və həyəcanlıyam. Yeni mövsümə başlamağı, azarkeşlərimizin önündə qırmızı Milan formasını geyməyi və yeni komanda yoldaşlarımla birlikdə xüsusi nailiyyətlərə imza atmağı səbirsizliklə gözləyirəm" deyib.

Uğurlarla dolu karyera yolu

Marko Guduriç 2017-2019-cu illərdə və 2020-2025-ci illərdə "Fənərbaxça"nın şərəfini qoruyub. O, İstanbul təmsilçisi ilə bir dəfə Avroliqa, dörd dəfə Türkiyə Liqası və üç dəfə Türkiyə Kuboku çempionluğunu qazanıb.

Bundan əlavə, Guduriç Serbiya Milli Basketbol Komandasının heyətində Paris 2024 Olimpiya Oyunlarında bürünc medala layiq görülüb.

24 saat