ABŞ-ın informasiya texnologiyaları nəhəngi
Microsoft şirkətinin,
İsrail ordusunun işğal altında olan İordan çayının qərb sahilində və Qəzza zolağında fələstinlilərin milyonlarla saatlıq telefon danışıqlarının səs yazılarını saxlamaq üçün "Azure" bulud platformasının xüsusi bir versiyasını hazırladığı ortaya çıxıb.
Tel-Əvivdə yerləşən "+972" internet saytının "Local Call" nəşri və "The Guardian" qəzeti ilə birgə apardığı araşdırma,
İsrail ordusuna bağlı hərbi kəşfiyyatın "8200" nömrəli bölməsi tərəfindən bu platformada saxlanılan telefon danışıqları qeydlərinin ölümcül hava və quru hücumları üçün kəşfiyyat məlumatı olaraq istifadə edildiyini aşkar edib. Bu araşdırma, "The Guardian"a sızdırılan şirkət sənədlərinə, həmçinin 11 şirkət əməkdaşı və İsrail kəşfiyyat mənbələri ilə aparılan müsahibələrə əsaslanır.
Milyonlarla Saatlıq Səs Yazısı Depolanır
Şirkətdən sızdırılan sənədlərə görə, 2025-ci ilin iyul ayına qədər
İsrail ordusuna aid 11 min 500 terabaytlıq məlumatın böyük hissəsi Hollandiyadakı
Microsoft serverlərində, bir hissəsi isə İrlandiya və İsraildə saxlanılır. Bu 11 min 500 terabaytlıq məlumatın fələstinlilərin telefon danışıqlarına aid təxminən 200 milyon saatlıq səs yazısına bərabər olduğu bildirilib. Bu məlumatların nə qədərinin birbaşa "8200" nömrəli bölmə tərəfindən saxlandığı isə dəqiq bilinmir.
Araşdırma,
İsrail ordusunun tərkibindəki bir çox bölmənin
Microsoft-dan bulud bilişim xidməti aldığını və texnologiya nəhənginin İsraildəki bütün əsas hərbi infrastrukturlarda iz qoyduğunu da ortaya çıxarıb. Sızdırılan sənədlər göstərir ki,
Microsoft rəhbərliyi şirkətin "8200" nömrəli bölmə ilə əlaqələrini inkişaf etdirməyi gəlirli bir iş imkanı olaraq görüb və bunu "Azure" üçün "inanılmaz dərəcədə güclü bir marka anı" olaraq xarakterizə edib.
Texnologiya Qəzza Hücumlarında Tətbiq Edilib
Microsoft tərəfindən verilən açıqlamada, şirkətin istehsal etdiyi texnologiyanın Qəzzadakı fələstinlilərə zərər vermək üçün istifadə edildiyinə dair "heç bir sübut" tapılmadığı iddia edilib, şirkət sözçüsü isə araşdırmaya cavab olaraq məhsullarının mülki şəxslərin izlənilməsi üçün istifadə edildiyindən xəbərdar olmadığını bildirib. Lakin üç İsrail kəşfiyyat mənbəyi, "8200" nömrəli bölmənin bulud əsaslı kəşfiyyat məlumatlarının son iki ildə Qəzzada ölümcül hava hücumları planlaşdırmaq üçün istifadə edildiyini və bu məlumatların İordan çayının qərb sahilindəki həbslərə və hücumlara zəmin hazırladığını qeyd edib.
Müasir dünyada bulud texnologiyası ilə bağlı məlumatların təhlükəsizliyi daim diqqət mərkəzindədir.
Əməkdaşlıq Necə Başladı?
Araşdırma, "8200" nömrəli bölmənin o zamankı komandiri general Yossi Sarielin, İsrailin işğalı altında olan İordan çayının qərb sahili və Qəzzadakı milyonlarla fələstinlinin bütün telefon danışıqlarını
İsrail ordusuna aid serverlərdə saxlaya bilmədikləri səbəbindən
Microsoft-a müraciət etdiyini göstərib.
Bildirilib ki, ABŞ-ın Sietl ştatındakı texnologiya nəhənginin qərargahında general Sariel ilə şirkətin CEO-su Satya Nadella arasında 2021-ci ildə görüş keçirilib. Nadella, Sariel ilə görüşündə
Microsoft üçün "kritik" olaraq xarakterizə etdiyi tərəfdaşlığı dəstəkləmək üçün resurs təmin etmə öhdəliyi götürüb. İkilinin görüşündən sonra şirkətin mühəndislərindən ibarət xüsusi bir komandanın, "8200" nömrəli bölmənin virtual saxlama xidmətindən istifadə etməsinə imkan verən bir model yaratmaq üçün İsrail hərbi kəşfiyyatı ilə işləməyə başladığı bildirilib.
İsrailli bir kəşfiyyat mənbəyinə görə, həmin şirkət əməkdaşlarından bəziləri "8200" nömrəli bölmənin keçmiş üzvləri idi ki, bu da əməkdaşlığı "çox daha asan" edirdi.
İsrail ordusu mənbələri,
Microsoft-un yüksək saxlama və hesablama gücünün
İsrail ordusu kəşfiyyat bölməsinə "saatda bir milyon zəngi" saxlamaq imkanı verdiyini bildirib.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz