Fənərbağça klubunun heyətinə müdafiə xəttini gücləndirəcək bir yarımmüdafiəçi cəlb etməyə ehtiyacı var. Sarı-göylü idarə heyəti Avropada uyğun oyunçu axtarışında olarkən, ötən gün İngiltərə və Almaniyadan xoş xəbərlər gəlib.
Fənərbağça rəhbərliyi, ilk növbədə, "Lester Siti"nin nigeriyalı yarımmüdafiəçisi Vilfred Ndidi üçün rəsmi danışıqlara başlayıb.
Ndidi üçün 4 milyon avro təklif
Nigeriyalı ulduz "Lester Siti"nin liqadan düşməsi səbəbindən komandadan ayrılmaq istəyir. Onun sərbəstqalma dəyəri 10 milyon avro təşkil edir. Klubun
futbol direktoru Devin Özək ingilis klubu ilə əlaqə saxlayaraq, Ndidiyə 4 milyon avrodan 3 illik müqavilə təklif edib. İdarə heyəti, eyni zamanda, Qranit Cakanın vəziyyətini də yaxından izləyir.
Qranit Caka: Səudiyyə Ərəbistanı və İstanbul təmsilçisinin transfer marağı
Səudiyyə Ərəbistanının "Neom" klubu, "Bayer Leverkuzen"in 15 milyon avro tələb etməsi səbəbindən
transferdən geri çəkilib. Səudiyyəlilər 8 milyon avrodan artıq ödəmək niyyətində deyil. Sanderlendin də maraq göstərdiyi Caka isə İstanbul klubunun təklifinə müsbət yanaşır. Devin Özək bu anlaşmanı reallaşdırmaq üçün fəaliyyətini davam etdirir.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz