Gündəm 29.06.2025

Ölkə nəhəngi iflasa müraciət etdi

Ölkə nəhəngi iflasa müraciət etdi
Mart 2022-ci ildən bəri artan faiz dərəcələri ağır borc yükü olan restoran operatorlarının kredit ödənişlərini çətinləşdirib. Bununla yanaşı, Covid-19 pandemiyasından sonra artan inflyasiya və güclü rəqabət də sektordakı təzyiqi artırıb.

Fast-fud Nəhəngləri İflas Qorunmasına Müraciət Edir

Hwy 55 Burger Shakes & Fries kimi bir fast-fud zəncirinin ana şirkəti olan "The Little Mint Inc.", markasını genişləndirmə prosesində artan xərclər və pandemiya sonrası yaranan işçi qüvvəsi çatışmazlığı səbəbindən 31 dekabr 2024-cü ildə ifaşdan qorunma üçün müraciət edib. Şirkət, ifaş müraciətindən əvvəl 13 korporativ filialını bağlamışdı. "The Little Mint" Cənub-Şərq regionunda 22 korporativ "Hwy 55" və 71 françayzinq filialı işlədirdi. Digər bir inkişafda, supermarket zənciri "Hy-Vee Inc." mağazalarında işlətdiyi 79 "Wahlburgers" fast-fud françayzinq filialını 2025-ci ilin fevralında bağlayaraq öz "Market Grille" restoranlarını açacağını elan edib. "Hy-Vee" ifaş elan etməsə də, bağlanma qərarı "Wahlburgers" ilə qarşılıqlı razılıq əsasında qəbul edilib. "Wahlburgers" şirkətinin icraçı direktoru, "Hy-Vee" tərəfindən işlədilən filialların fəaliyyətindən məmnun olmadıqlarını və bu filialların zəncirin ümumi satışlarında kiçik bir paya sahib olduğunu bildirib. "Burger King" françayzinq operatoru "Consolidated Burger Holdings LLC" və onun iki törəmə şirkəti isə 2025-ci ilin aprelində Florida və Corciyada işlətdikləri 57 filial üçün ifaş qorunma müraciəti edib. Florida ştatının Destin şəhərində yerləşən bu françayzinq operatoru, bir vaxtlar 75 filial və 1500 işçi ilə fəaliyyət göstərirdi.

"Subway" Filial İtkiləri ilə Mübarizə Aparır

Ölkənin ən böyük fast-fud zənciri "Subway" də sektordakı çətinliklərdən öz payını alıb. 30 aprel 2024-cü ildə "Roark" adlı özəl sərmayə fonduna təxminən 9,6 milyard dollara satılan "Subway", 2016-2024-cü illər arasında doqquz il ərzində filial sayında azalma yaşayıb və bu müddətdə xalis 7616 filialını bağlayıb.

Pandemiya dövrünün gətirdiyi dəyişikliklər sektora ciddi təsir göstərməkdədir.

24 saat