İdman 08.07.2025

Orkun Kökçü minlərlə şərhlə gündəmdə

Orkun Kökçü minlərlə şərhlə gündəmdə

Beşiktaşın Transfer Hədəfi: Orkun Kökçü

Yeni həftənin başlaması ilə Beşiktaşda transfer danışıqları intensivləşib. Klubun prezidenti Sərdal Adalı sükan arxasına keçərək komandanın rotasını Portuqaliyanın paytaxtı Lissabona çevirib. Görüşlərin əsas mərkəzi "Benfika" klubu olacaq. Hedəfdəki ilk ad isə Orkun Kökçüdür. Adalı, həm sağ, həm də sol cinahda çıxış edə bilən Andreas Şelderupun transferi və Gedson Fernandesin transfer hüquqlarının 50 faizinin alınması məsələlərini də müzakirə edəcək. Milli futbolçu Orkun, "Benfika"dan ayrılaraq İstanbul təmsilçisinə gəlmək istədiyini Adalıya bildirib. Qara-ağların prezidenti "Benfika"ya 1 illik icarə və satın alma opsiyonu şərti ilə təklif edəcək.

Azarkeşlərdən Orkun Kökçüyə Dəstək Kampaniyası

24 yaşlı ulduzun 30 milyon avroya çatan transfer haqqı klub daxilində xərclərin qarşılanması kampaniyasına səbəb olub. Beşiktaş azarkeşləri Orkun Kökçünün İnstaqram hesabındakı son paylaşımına "Orkun Evə" etiketi ilə 100 mindən çox mesaj göndəriblər. Qara-ağ tərəfdarları bu keçid üçün klubun tanınmış simalarından və iş adamlarından "Orkun üçün böyüklər vəzifəyə" etiketi ilə bir kampaniya başladılar.

Beşiktaş Orkunu ilk il üçün icarəyə götürmək, daha sonra isə məcburi satın alma opsiyonu ilə heyətinə qatmaq niyyətindədir.

Qara-ağ azarkeşlər uşaqlığından İstanbul klubuna azarkeşlik etdiyini deyən milli ulduzun keçmişdə etdiyi bu açıqlamaları X platformasında paylaşmağa davam edirlər:

"Mən Beşiktaşlıyam, əlbəttə ki, uşaqlığımdan bəri azarkeşi olduğum komandada oynamaq istərəm. Beşiktaşda oynamaq gözəl bir hissdir. İnşallah bunu gələcəkdə yaşaya bilərəm."

"Benfika" İdarə Heyəti ilə Masada

Orkun Kökçüdən sonra Beşiktaşın digər hədəfi norveçli Şelderupdur. Şelderup ötən mövsümün fasiləsində klubun gündəmində idi. Baş məşqçi Oleq Qunnar Solksyer, həmvətəni olan 21 yaşlı futbolçunu heyətində görmək niyyətindədir. Şelderupun bazar dəyəri 15 milyon avrodur. Adalı, prezident kürsüsündə oturduğu gündən bəri Gedsonun transfer hüquqlarının 100 faizinə sahib olmaq istəyir. Hüquqların 50 faizinə sahib olan "Benfika" rəhbərliyi ilə masaya oturacaq "Qartal"ın patronu bu məsələni həll etməyi hədəfləyir.

24 saat