İdman 12.11.2025

Osimhen və komanda yoldaşları məşqə çıxmayıb

Osimhen və komanda yoldaşları məşqə çıxmayıb
Nijerya milli komandasında böhran: Oyunçular təlimə çıxmadı

Nijerya milli komandası 2026 Dünya Kuboku seçmə mərhələsində Qabonla qarşılaşacaq kritik oyun öncəsi ciddi problemlə üzləşib.

Ödənişlər yubadıldı, komanda məşqə boykot etdi

Nijerya milli komandasının oyunçuları və texniki heyəti uzun müddətdir ödənilməyən prim və xərcliklərlə bağlı narazılıqlarını bildirmək üçün Mərakeşdəki son məşqə çıxmayıblar. Bu gözlənilməz addım, komandanın həlledici pley-off matçına hazırlıqlarına mənfi təsir göstərib.

Nijerya Futbol Federasiyası (NFF) hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lakin federasiyadakı mənbələrdən əldə olunan məlumatlara görə, ödəniş problemini həll etmək üçün təcili toplantılar keçirilir. Problemin həlli üçün hökumət rəsmiləri də prosesə müdaxilə ediblər. Federasiya rəhbərliyi oyunçuların diqqətinin yayınmasından narahatdır.

Dünya Kuboku ümidləri təhlükədədir

2022 Dünya Kubokunu buraxan Nijerya, 2026-cı il yolunda səhv etmək istəmir. Lakin komanda daxilindəki bu cür narazılıqlar, yalnız bir tərəfin irəli gedəcəyi seçmə mərhələsində böyük itkilərə səbəb ola bilər.

Eyni problemlər keçmişdə də yaşanıb

Bu böhran, Nijerya futbolunun xroniki problemlərini bir daha gündəmə gətirib. 2013 Konfederasiyalar Kuboku və 2014 Braziliya Dünya Kubokunda da oxşar prim böhranları yaşanmış və bu, komandanın performansına mənfi təsir göstərmişdi.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz