İdman 09.07.2025

Osimhenin rəsmi transferində ödəniş dalanı

Osimhenin rəsmi transferində ödəniş dalanı
Galatasaray, ötən mövsüm icarə əsasında əhəmiyyətli töhfə aldığı Viktor Osimheni bu dəfə tam hüquqlu olaraq heyətinə qatmağı arzulayır. Nigeriyalı ulduzun "Napoli" ilə yolları rəsmi olaraq ayrılmasa da, əlaqələr çoxdan soyuyub. Tərəflər arasında bağları yalnız 2025-ci ilə qədər etibarlı olan illik 11 milyon avroluq müqavilə saxlayır.

75 MİLYON AVROLUQ SERBEST QALMA MADDƏSİ: YEGÂNƏ ÇIXIŞ YOLU

"La Gazzetta dello Sport" qəzetinin yazdığına görə, "Napoli" rəhbərliyi ulduz futbolçunun keçidi ilə bağlı qəti mövqe nümayiş etdirir: 75 milyon avroluq serbest qalma maddəsi ödənilmədən heç bir danışıq baş tutmayacaq. Üstəlik, bu maddə yalnız bir gün sonra, yəni sabah qüvvəsini itirəcək. Bu da "Napoli"nin əlini daha da gücləndirəcək və qiymət artımı ehtimalını doğuracaq.

"QALATASARAY"DAN MİLANO SƏFƏRİ

Sarı-qırmızılı klub rəhbərliyi məsələyə ciddi yanaşır. "Qalatasaray"ın vitse-prezidenti Abdullah Kavukçu və klubun məsləhətçisi Corc Qardi dünən xüsusi təyyarə ilə Milana səfər ediblər. Görüşlərdə Osimhen üçün illik 16 milyon avro əmək haqqı + sponsorluq gəlirləri daxil olmaqla 4 illik müqavilə təklifi masaya qoyulub. Lakin "Qalatasaray" 75 milyon avroluq bu ödənişi 4-5 ilə yayaraq həyata keçirməyi təklif edir. "Napoli"nin prezidenti Aurelio De Laurentis və idman direktoru Manna isə bu təklifin mövcud serbest qalma maddəsinə uyğun olmadığını bildiriblər. Onlar maksimum iki hissəli ödəniş seçiminə açıq olduqlarını çatdırıblar.

OSİMHENİN QƏRARI

Nigeriyalı ulduzun artıq qərarını verdiyi və "Qalatasaray"da karyerasını davam etdirmək istədiyi qeyd edilir. Osimhenin İstanbuldakı evindən çıxmaması, sosial media fəaliyyətləri və meneceri vasitəsilə aparılan təmaslar da bu istəyi təsdiqləyir. Ötən mövsüm "Qalatasaray" forması ilə çıxdığı 41 oyunda vurduğu 37 qol, futbolçunun yüksək performansını aydın şəkildə ortaya qoyur.

"NAPOLİ"NİN B PLANI: MÜQAVİLƏNİ UZATMAQ

"Napoli" rəhbərliyi Osimhenin mövcud müqaviləsini birtərəfli qaydada uzatmaq hüququna malikdir. Əgər keçid baş tutmazsa, bu maddə qüvvəyə minəcək və ulduz futbolçunun maaşı 13 milyon avroya yüksələcək. Bu, "Napoli"nin mövqeyini gücləndirsə də, klub üçün əlavə iqtisadi yük yaradacaq.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz