Vatikan dövlət başçısı Roma Papası XIV Leo Türkiyəyə etdiyi tarixi səfərdən sonra növbəti dayanacağı olan Livanın paytaxtı Beyruta çatıb. Roma kilsəsinin ali liderinin gəlişini qarşılamaq məqsədilə, xüsusilə şəhərin cənub ətrafındakı Dahiye bölgəsində toplaşan minlərlə insan, milli musiqi və ənənəvi rəqs nümayişləri ilə Papaya coşğulu bir qarşılanma təşkil edib.
RƏSMİ GÖRÜŞLƏR VƏ DİNİ MƏRASİMLƏR
Roma Papasının Beyrut səfəri çərçivəsində gün ərzində sıx rəsmi görüşlər keçirilib. O, Baabda Prezident Sarayında ölkə başçısı Avn, parlament sədri Berri, Baş nazir Salam kimi yüksək səviyyəli dövlət rəsmiləri ilə, həmçinin sivil cəmiyyət nümayəndələri ilə bir araya gəlib. Üç gün davam edəcək proqram boyu Papa XIV Leonun Beyrut və ətraf şəhərlərdə müxtəlif dini mərasimlərə, eləcə də Katolik icması ilə görüşlərə qatılacağı planlaşdırılıb.
HİZBULLAH İLƏ ƏLAQƏLİ QRUPLAR DA QARŞILADI
Səfər zamanı, xüsusilə diqqət çəkən məqamlardan biri də Hizbullahla əlaqəli "Əl Mehdi İzciləri" təşkilatının Papaya olan qarşılanması olub. Bu qrup yol boyu coşğulu şüarlar səsləndirərək, yerli və Vatikan bayraqları, eləcə də Hizbullah lideri Həsən Nəsrullahın plakatlarını daşıyaraq kütlənin önündə gedib. Roma Papasının 2012-ci ildən bəri Livana etdiyi ilk bu səfər, İsrail-Livan sərhədində gərginliyin kritik dərəcədə artdığı bir dövrə təsadüf etməsi ilə də əhəmiyyət kəsb edir. Papa konvoyunun Hizbullahın siyasi və hərbi cəhətdən güclü olduğu cənub ətraf qəsəbələrindən keçərkən izdiham atəşfəşanlıq və səsləndirdiyi şüarlarla qarşılıq verib. Şiddətli yağışa baxmayaraq, yerli dabke rəqs qrupları, nağaraçılar və onlarla ailə küçələri dolduraraq bu möhtəşəm qarşılama mərasiminə fəal şəkildə qatılıblar.
ROMA PAPASININ SƏFƏRİNDƏN SONRA İSRAİL NARAHATLIĞI
Hal-hazırda ölkə ağır iqtisadi böhranla, Beyrut limanındakı partlayışın dərin təsirləri ilə və cənub bölgələrində davam edən qarşıdurmalarla mübarizə apardığı bir vaxtda, Roma Papasının bu səfərinin sabitlik çağırışları baxımından son dərəcə kritik olduğu qiymətləndirilir. Beyrutdakı etibarlı mənbələr, Roma Papası ölkədən ayrıldıqdan sonra İsrailin bölgədəki hərbi əməliyyatlarını daha da gücləndirə biləcəyi barədə narahatlıqların artdığını qeyd edib. Bu, səfərin siyasi əhəmiyyətini bir daha vurğulayır.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz