Dünya 07.08.2025

Qəzza: Aclıqdan mərcimək toplayan əllər

Qəzza: Aclıqdan mərcimək toplayan əllər
İsrailin süqut etdirdiyi aclıq və fəlakətə sürüklədiyi Qəzza zolağının şimalında yüzlərlə gənc, yaşlı, uşaq Fələstinli, havadan atılan humanitar yardımları əldə etmək üçün Qəzza şəhərinin şimal-qərbindəki Əl-Muhabarat bölgəsinə axın etdi. Paraşütlərlə buraxılan yardımlar çadırlara, dağılmış binaların xarabalıqlarına və yollara səpələndi.

Havadan Atılan Humanitar Yardım Çadırın Üzərinə Düşdü

Havadan atılan humanitar yardımların bir hissəsi 60 yaşlı Nüsrə Verdinin ailəsi ilə yaşadığı çadırın üzərinə düşərək onu yararsız hala saldı. Yaşlı qadın bildirdi ki, yardım bağlamalarının çadırın üstünə düşməsi nəticəsində su çəlləkləri aşmış, əşyaları dağılmış və ətrafdakı insanlar yardımın bir hissəsini əldə etmək üçün çadıra hücum etmişlər.

"Havadan Atıb Gedirlər, Bunu İstəmirik"

Humanitar yardımın paylanması zamanı yaranan çətinliklərə diqqət çəkən fələstinli qadın bunları deyib: "İnsanları öldürüblər, biz onlardan yardım da istəmirik. Biz istəyirik ki, yardımlar BMT-nin Qaçqınlar üzrə Yaxın Şərq Agentliyi (UNRWA) və digər beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirilsin. Onlar havadan atıb gedirlər, biz bunu istəmirik. Çadırımız və içindəkilər məhv oldu, indi küçədə qalmışıq."

Ətrafa Səpələnən Makaron və Mərciləri Əlləri ilə Topladılar

Əl-Muhabarat bölgəsində havadan yardımın atılması əməliyyatından sonra dağılmış binaların xarabalıqlarında gənclərin və uşaqların atılan paketlərdən ətrafa səpələnən, torpağa qarışmış makaron və mərciləri əlləri ilə topladığı müşahidə olunub. İsrail ordusu iyulun 25-də Qəzzada aclıqdan qaynaqlanan ölümlərin artması səbəbindən bəzi ərəb ölkələrinin bölgəyə yenidən havadan paraşütlə humanitar yardım endirməyə başlayacağını bildirmişdi. Havadan paraşütlərlə atılan yardımlar bir çox dəfə mülki şəxslərin üzərinə düşərək insan tələfatına səbəb olmuşdu. Təyyarələrdən atılan yardımların dənizə düşməsi nəticəsində yüzlərlə insanın həyatını riskə ataraq dənizə axın etdiyi görüntülər etirazlara səbəb olmuşdu. İsrailin son günlərdə Qəzza zolağına girişinə icazə verdiyi məhdud hava yardımı, Fələstinlilər tərəfindən "təhqir, aldatma və teatr" olaraq qiymətləndirilir.

Qəzza Aclıqdan Ölür

İsrailin hücumları və humanitar yardım girişini məhdudlaşdıran sərt mühasirəsi altında olan Qəzza zolağı, aclığın yayıldığı, su, dərman, tibbi ləvazimat və gigiyena materiallarının tapılmadığı ciddi bir humanitar fəlakət yaşayır. Başda uşaqlar olmaqla, Qəzza zolağında aclıq səbəbindən ölümlər artmaqdadır. 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında 96-sı uşaq olmaqla, 197 nəfər aclıqdan həyatını itirib. Yerli və beynəlxalq dairələr İsrailin "aclığı və susuzluğu silah kimi" istifadə etdiyini qeyd edirlər.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz