Qalatasaray və Beşiktaş Derbisinin Hakimi Bəlli Oldu
Türkiyə Super Liqasının 8-ci turu Qalatasaray – Beşiktaş derbisi ilə yadda qalacaq.
Qalatasaray Liderlik Uğrunda Mübarizə Aparır
Ardıcıl yeddi oyunda qələbə qazanaraq liderlik kürsüsündə əyləşən Qalatasaray, oktyabrın 4-də öz meydanında bir oyunu əskik olan və 5-ci pillədə qərarlaşan Beşiktaşı qəbul edəcək.
Derbini İdarə Edəcək Hakimlər Açqlandı
Türkiyə Futbol Federasiyası Mərkəzi Hakem Kurulu, RAMS Parkında oynanılacaq qarşılaşmanın hakimlərini də açıqlayıb. TFF-nin yaydığı məlumata əsasən, Qalatasaray - Beşiktaş derbisini Yasin Kol idarə edəcək. Ona köməkçi hakimlər Abdullah Bora Özkara və Bahtiyar Birinci olacaq. Derbinin dördüncü hakimi isə Çağdaş Altay olaraq təyin edilib.
Oxucu Şərhləri
Şərh Yaz