Futbolçu karyerası ərzində 2011-2014-cü illərdə Galatasaray forması geyinən ispan baş məşqçi Albert Riera, Avropada adından söz etdirir.
Rieranın rəhbərlik etdiyi Sloveniya təmsilçisi Celje, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda İsveçrə komandası Luganonun qonağı olarkən, meydandan 5-0 hesablı qələbə ilə ayrılıb. İspan mütəxəssisin komandası bu nəticə ilə gözlənilməz nəticəyə imza atıb.

Futbolçu karyerasına son qoyduqdan sonra ilk olaraq Galatasarayda Fatih Terimin heyətində köməkçi məşqçi kimi çalışan və daha sonra karyera pillələrində əmin addımlarla yüksələn Riera, məhdud imkanlara baxmayaraq böyük işə imza atıb.
Dəyəri 9 milyon avro olan Celje ilə 71 milyon avro dəyərində heyəti olan Luganonu ilk oyunda 5-0 hesabı ilə məğlub edən ispan baş məşqçinin komandası, cavab oyunu ərəfəsində rəqibini möcüzə axtarmağa məcbur edib.
43 yaşlı baş məşqçi bu hesabdan sonra Sloveniya mətbuatı tərəfindən təriflərlə səhifələrə daşınıb. Riera, 2024-cü ilin iyul ayında ikinci dəfə rəhbərliyə keçdiyi Celje ilə ötən mövsüm Sloveniya kubokunu qazanıb.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz