İdman 04.12.2025

Real Madrid Trent Alexander-Arnoldla bağlı şok xəbər yayıb

Real Madrid Trent Alexander-Arnoldla bağlı şok xəbər yayıb

Real Madrid-də zədə şoku: Trent Alexander-Arnold yenidən sıradan çıxdı

İngilis oyunçu yenidən zədə ilə üzləşdi

İspaniyanın La Liqa təmsilçisi Real Madrid-in ingilis oyunçusu Trent Alexander-Arnold yenidən zədə alıb.

Klubdan verilən açıqlamada Arnoldun bud nahiyəsində əzələ zədəsi yaşadığı bildirilib. İspaniya mətbuatının məlumatına görə, 27 yaşlı sağ cinah müdafiəçisi 2 ay meydanlardan uzaq qalacaq.

Zədə futbolçunun karyerasına təsir edir

Real Madrid-in mövsümün əvvəlində Liverpuldan transfer etdiyi ingilis futbolçu, dünən axşam liqada oynanılan Atletik Bilbao matçının 55-ci dəqiqəsində yerini Asensioya buraxmışdı.

Trent Alexander-Arnold, sentyabr ayında da Marsel ilə oynanılan Çempionlar Liqası matçının hələ ilk dəqiqələrində zədə alaraq oyundan çıxmış və təxminən 2 ay meydanlardan uzaq qalmışdı.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz