İdman 02.12.2025

Sədat Səran qələbəyə çox sevindi

Sədat Səran qələbəyə çox sevindi

"Fənərbağça" və "Qalatasaray" qarşılaşması bərabərliklə başa çatdı

Türkiyə Super Liqasının 14-cü turunda "Fənərbağça""Qalatasaray" komandaları "Çobani" stadionunda qarşı-qarşıya gəldi. Gərgin mübarizənin sonunda hesab 1-1 bərabərə qaldı.

Sadəddin Saranın qol sevinci

Matçın 90+5-ci dəqiqəsində "Fənərbağça"nın vurduğu qol, stadionu coşdurdu. Qola ən çox sevinənlərdən biri də klubun prezidenti Sadəddin Saran oldu.

Səsləndirdiyi ad

Duranın qolu vurmasından sonra prezident Sadəddin Saranın sevinc anları sosial mediada geniş müzakirələrə səbəb oldu. Saranın ayağa qalxıb əllərini havaya qaldırması və ətrafındakılarla birlikdə coşqu ilə qolu qeyd etməsi kameralara yansıdı. Qolun müəllifi Duranın adını dəfələrlə səsləndirən Saran, böyük həyəcan yaşadı.

Sadəddin Saran qoldan dərhal sonra tribunalarla birlikdə ayağa qalxdı. Onun bu sevinci, Kadıköydəki atmosferi bir daha nümayiş etdirdi. Sosial mediada Saranın bu coşğusu üçün "azarkeş kimi yaşayır", "prezident azarkeşlə eyni hissləri bölüşür" kimi şərhlər yazıldı.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz