Sırbistanın paytaxtı
Belqraddakı tələbə qrupları Prezident Aleksandar Vuçiçə iki seçim təqdim etdilər: "Ya erkən seçki keçirilsin, ya da ölkənizə enə bilməzsiniz." Yüz minlərlə insanın küçələrə çıxmağa hazır olduğunu öyrənən Vuçiç isə "hökumətin təhdid edilə bilməyəcəyini" bəyan edərək erkən seçki ehtimalını rədd etdi.
Serbiyada iki gündür davam edən və onlarla insanın həbs olunduğu, daha çoxunun yaralandığı
protestolar belə başladı.
Nümayişçilər Vuçiçin hava limanına endikdən sonra keçəcəyi küçəni tamamilə bağladılar. Polis isə buna sərt müdaxilə etdi.
PROTESTOLARIN SƏBƏBİ: KORRUPSIYA DALĞASI
Prezident Aleksandar Vuçiçin 12 illik idarəçiliyinə son qoyulmasını tələb edən nümayişçilər ilə polis arasında şiddətli toqquşmalar baş verdi. Polis baş komissarı Draqan Vasiljeviç hadisələr zamanı altı polisin yaralandığını və çox sayda nümayişçinin saxlanıldığını açıqladı.
Nümayişçilər, hadisələrin başlamasının əsas səbəbinin hökuməti bürüyən korrupsiya dalğası olduğunu iddia etdilər.
Protestolar dekabr ayında Novi Sad şəhərindəki dəmiryol vağzalının damının çöküşü ilə başlamışdı. Bu hadisədə 14 nəfərin həyatını itirməsi, xalq arasında sonu gəlməyən bir qəzəb doğurdu. Serbiya müxalifləri, beton damın çöküşünün səbəbi kimi "hökumətin ixtisassız podratçılara mühüm tenderlər verməsini" göstərdilər. Bu vəziyyət,
protestoları alovlandırdı.
HALQ İKİ CƏBHƏYƏ BÖLÜNDÜ
Şənbə günü saat 22:00 radələrində bəzi nümayişçilərin Vuçiç tərəfdarlarının təşkil etdiyi əks mitinqə yönəlməsi ilə göstəri başa çatdı. Polis, şəhər mərkəzində yerləşən dövlət qurumları ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri gördü. Polisə şüşə, daş və siqnal fişəngləri atan nümayişçilərə qarşı təhlükəsizlik qüvvələri zaman-zaman müdaxilə etdi.
Prezident Vuçiç isə uzun müddət xalqa görünmədi. Yalnız İnstagram hesabında “
Serbiyanı zorakılıqla məğlub edə bilməzsiniz” paylaşımı etməklə kifayətləndi. Polis təşkilatını isə “vətənpərvər və ciddi münasibətlərinə görə” təriflədi. Daxili İşlər Naziri İvitsa Daçiç, hadisələrdə təxminən 50 polisin və 20-dən çox mülki şəxsin yaralandığını, saxlanılan 77 nəfərdən 38-nin hələ də həbsdə olduğunu bildirdi.
KÜÇƏLƏR BAĞLANDI
Bazar günü, nümayişçilərin saxlanılmasına qarşı etiraz böyüdü. Ölkə daxilində yollar bağlandı.
Belqradda zibil qutularından barrikadalar quruldu, Sava çayı üzərindəki körpü nəqliyyatın hərəkəti üçün bağlandı.
Novi Sad şəhərində hakimiyyətdəki Serbiya Tərəqqi Partiyasının ofisləri yumurta yağışına tutuldu. Nümayişçilər, saxlanılan tələbələrin azad edilməsini tələb etdilər. Hökuməti qeyri-legitim elan edən nümayişçilər, baş verən şiddətin yeganə məsuliyyətinin hakimiyyətdə olduğunu bildirdilər.
24 saat