Yeni mövsüm öncəsi heyətini gücləndirmək üçün gərgin iş aparan
Trabzonsporun, La Liqa nəhəngi Atletiko Madridin yarımmüdafiəçisi
Saul Niguez üçün gözlənilməz bir addım atdığı iddia olunur.
İddialara əsasən, Qara dəniz təmsilçisi ispaniyalı klubla əlaqə yaradaraq 30 yaşlı futbolçunun transfer şərtlərini soruşub. Əldə edilən məlumatlara görə, "bordo-mavililər" Madrid təmsilçisinə oyunçunun maaş tələbi, müqavilə müddəti və transfer haqqı vəziyyəti kimi təfərrüatları əhatə edən ilkin təması həyata keçirib. Baş məşqçi Fatih Tekkenin tələbi əsasında yarımmüdafiə xəttinə lider xüsusiyyətli futbolçu qazandırmaq istəyən klubun Niguezi əsas hədəflər siyahısına daxil etdiyi bildirilir.
Transfer Üçün Təkid
İngilis xəbər portalı "TransferFeed", "
Trabzonspor, Saul Niguez üçün aktiv şəkildə iş başında" başlığı ilə mümkün transfer prosesini elan edib. İspaniya mənbələri isə ulduz futbolçunun bazar dəyərini təxminən 3 milyon avro qiymətləndirib. Sosial şəbəkələrdə də böyük əks-səda doğuran bu iddialar, xüsusilə "Puskas Sports" kimi futbol yönümlü səhifələr tərəfindən "Qara dəniz təmsilçisi yarımmüdafiəyə ulduz ad üçün təkid edir" şərhləri ilə yayılıb.
Atletiko Madridlə 2026-cı ilə qədər müqaviləsi olan Saul, ötən mövsümü icarə əsasında Sevilyada keçirmiş və 26 oyunda 1 qol, 6 məhsuldar ötürmə ilə yadda qalmışdı. Karyerasında UEFA Avropa Liqası, UEFA Super Kuboku və
La Liqa çempionluğu kimi uğurları olan təcrübəli futbolçunun Türkiyəyə transferi baş verərsə, Super Liqada böyük səs-küyə səbəb olacağı gözlənilir.
24 saat